“Keyfiyyətin təminatı” şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının təsdiq olunmuş yeni strukturuna müvafiq olaraq fəaliyyət göstərən struktur vahididir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil və elm sahələrinə dair qanunvericiliyini, ADPU-nun Nizamnaməsi, ADPU-nun Şamaxı filialının və şöbənin Əsasnaməsini rəhbər tutur.
“Keyfiyyətin təminatı” şöbəsi filialda keyfiyyət mədəniyyətinin formalaşdırılması, tədris prosesinin yaxşılaşdırılması, tədris proqramları, tədris materiallarının keyfiyyətinin artırılması, müvafiq strukturlar arasında koordinasiyanın təşkili, semestr imtahanlarının nəticələrinin akademik və statistik təhlilini, filialda təlim və tədris prosesinin artırılması məqsədi ilə seminar və təlimlərin təşkilini həyata keçirir.