“Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi” kabineti

2008-ci ildən fəaliyyət göstərir.

 Kabinetin iş planı:

1.Kabinetin 2016-2017-ci tədris ili üçün iş planının işlənib hazırlanması və təsdiqi; 2. Kabinet əməkdaşlarının 2016-2017-ci tədris ili üçün iş planlarını müzakirə etmək; 3. Boloniya prosesi və tədrisin təşkilində kredit sisteminin tətbiqi ilə bağlı yeni normativ materialların toplanması, öyrənilib təhlil edilməsi və ümumiləşdirilməsi; 4. Boloniya prosesi və kredit sisteminin öyrənilməsi və tətbiqi ilə əlaqədar bütün tədbirlərdə iştirak etmək; 5. Filialın fakültə, kafedra və digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərmək; 6. Kabinet əməkdaşları arasında tyutor xidmətinin təşkil edilməsi və həyata keçirilməsi; 7. Kredit sistemi tətbiq olunan ixtisaslarda oxuyan I kurs tələbələri və onların valideynləri ilə kredit sisteminin tətbiqi ilə bağlı qaydalar barədə maarifləndirmə işi aparmaq; 8. Kredit sistemi tətbiq olunan ixtisasların tədris planı əsasında 2016-2017-ci tədris ilinin işçi tədris planının hazırlanması və təsdiqi; 9. I, II, III və IV tədris ili tələbələrinin fərdi tədris planlarının hazırlanmasını və təsdiq olunmasını təşkil etmək; 10. Kredit sistemi tətbiq olunan ixtisaslar üzrə zəruri olan bütün metodiki materialların vaxtında hazırlanmasına nəzarət etmək; 11. Tələbələr və onların nailiyyətləri haqqında informasiya bankı yaratmaq; 12. Akademik borcu olan tələbələr haqqında məlumat toplamaq və dekanlıqla birgə akademik borcların ləğvi prosesi üçün lazımi tədbirlərin görülməsi; 13. Kredit sistemi tətbiq olunan ixtisaslarda imtahan sessiyasına çıxarılan fənlərin suallarının hazırlanması və vaxtında tələbələrə çatdırılmasına nəzarət etmək; 14. Filialda tələbə nailiyyətinin inkişaf dinamikasını müəyyənləşdirmək; 15. Tədris boyu tələbələrin fərdi tədris planına ciddi riayət etməsinə nəzarəti həyata keçirmək; 16. Tələbələrin hər bir fəndən sərbəst işləri yerinə yetirməsinə nəzarət etmək; 17. Semestr ərzində hər fənn üzrə dərs saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələri dekanlıqla birlikdə müəyyənləşdirmək və rəhbərliyə bu haqda məlumat vermək; 18. Tələbələrin kursdan-kursa keçmə vəziyyəti haqqında məlumat toplamaq və əvvəlki illərlə müqayisələr aparmaq; 19. Tələbələrin meyl-marağını, təlim məqsədini, onları əhatə edən mühiti və s. öyrənmək üçün sorğular keçirmək; 20. Birinci semestrdə kredit borcu olan tələbələrin fərdi iş iş planlarında dəyişiklik edilməsinə nəzarət etmək; 21. Dekanlıqdan I, III, V, VII semestrlərin yekunları haqqında məlumatı qəbul edərək semestr və imtahan ballarının müqayisəsini aparmaq; 22. Müəllimlərin təlim keyfiyyətinə görə reytinqini müəyyənləşdirmək; 23. Tələbələrin fənlər üzrə inkişaf dinamikasını müəyyənləşdirmək; 24. Yay tətili müddətində akademik borcu qalan, həmin fənlərdən kredit qazanmaq istəyən tələbələr üçün yay semestri təşkil etmək;

Müdir – Babaşova Ruqiyyə Məmməd qızı

Metodist – Bayramova Bahar Hümbət qızı

Metodist – Mehralıyeva Dürdanə Zakir qızı

Metodist – Məmmədova Türkan Fazil qızı

Tyutor – İbadova Sürahi Ağaqədir qızı

Tyutor – Qarayeva Növrəstə Rza qızı.