İsmayıllı təhsil işçiləri üçün İnküziv təhsil üzrə maarifləndirici seminar

ADPU-nun Şamaxı filialının İnklüziv Təhsil mərkəzinin koordinatoru Şəlalə Seyidova ADPU-nun Ağcəbədi, Cəlilabad, Quba, Şəki filiallarının “İnklüziv təhsil mərkəzi”nin koordinatorları ilə birlikdə İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “İnkluziv təhsil və müəllimlərin xüsusi təhsil bacarıqlarının artırılması – reallıqlar, perespektivlər” mövzusunda onlayn seminar keçirmişdir. Seminarda “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanov, İsmayıllı rayon Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) sədri Ruslan Kamilov və İsmayıllı rayon təhsil işçiləri ilə iştirak edirdilər.

Onlayn seminarın keçirilməsinin əsas məqsədi müəllimlərin inklüziv təhsilin anlayışı və əhəmiyyəti, sosial yanaşma, hər kəsin bərabər imkanlarda təhsil hüququndan yararlanmasının, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyini, əməkdaşlığın inklüziv təhsil quruculuğunda mühüm rol oynamasını təhsil işçilərinin diqqətinə çatdırmaq olmuşdur.

Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

Paylaşın: