XİDMƏT ŞÖBƏSİ

 

          Şöbənin nəzarət və məsuliyyətinə aid olan tədris binası 3 mərtəbədən ibarətdir. 3 mərtəbəli bina  tədris üçün 23 auditoriya, 16 xidməti otaq, 2 oxu zalı və 3 kitabxana fondu ilə təchiz olunmuş otaq, 100 nəfərlik yeməkxana, 150 nəfərlik akt zalı, 50 nəfərlik Heydər Əliyev lektoriyasından ibarətdir. Həyətyanı sahə və həmçinin kiçik park hissəsi əməkdaşların və tələbələrin istirahəti, geniş tədbirlərin təşkili üçün nəzərdə tutulmuşdur.

ŞÖBƏNİN FƏALİYYƏTİ:

  • Hər tədris ilinin başlanması ilə əlaqədar müvafiq hazırlıq işlərinin görülməsi, Auditoriyaların, laborotoriyaların və digər fənn kabinələrinin dərs ilinə hazırlığını təşkil etmək
  • Qış mövsümünə hazırlıqla əlaqədar olaraq yanğından təhlükəsizlik xidməti üçün lazımi ehtiyat ləvazimatlarının qaydaya salınması
  • Mövsümlə əlaqədar olaraq qızdırıcı sistemi tam yoxlamaq və onun hazır vəziyyətə gətirilməsini təmin etmək
  • Filialın həyətyanı sahəsində müvafiq yaşıllaşdırma, iməcilik və bərpa-təmir işlərinin aparılması
  • Filialın mühafizəsinin təmin olunması, filiala kənar şəxslərin girişi zamanı təhlükəsizliyin təmin edilməsi

ŞÖBƏNİN TƏRKİBİ:

  1. Şıxaliyev Ağaisa Şalbuz oğlu – şöbə müdiri;
  2. Cəbrayılov Sahib İmran oğlu – texniki avadanlıqlar üzrə mütəxəssis;
  3. Əhmədov Mehman Xəlil oğlu – elektrik avadanlıqları üzrə mütəxəssis;
  4. İsmayılov Nizaməddin Məməli oğlu – komendant.

Həmçinin şöbədə 17 nəfər texniki işçi heyət  çalışır.