13 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi Şəxsinin Şamaxı filialı və Şamaxı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan alveri və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, Şamaxı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktik Qrupunun baş inspektoru, polis mayoru Ceyhun Rüstəmov və Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İftixar Məmmədov və professor-müəllim heyəti və tələbələr iştirak edirdi.

İlk olaraq Tünzalə Yusifova bəşəriyyətin bəlası olan narkomaniyanın və insan alverinin cəmiyyətimizə vurduğu ziyanlardan və bu cür maarifləndirici mövzuda tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi.

Ardınca Şamaxı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İftixar Məmmədov “İnsan alveri və narkomaniya bəşəriyyətin bəlası kimi”, Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri “Narkomaniyanın fizioloji fəsadları” və Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Əfəndiyeva Teybə “Narkomaniyanın psixoloji fəsadları” mövzusunda ətraflı çıxış etdi.

Sonda mövzu haqqında suallar cavablandırıldı.

Paylaşın: