20 iyun 2025-ci ildə ADPU-nun Şamaxı filialında “İnklüziv təhsildə müasir yanaşmalar və effektiv pedaqoji strategiyalar” mövzusunda təlim təşkil olundu. Təlimin əsas məqsədi müəllimlərin inklüziv təhsil sahəsində bilik və bacarıqlarını artırmaq, sinifdə fərqli öyrənmə tələbatı olan şagirdlərlə işləmək üzrə yeni pedaqoji yanaşmalarla onları tanış etmək idi. Təlim Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, İnklüziv təhsil mərkəzinin məsul şəxsi Şəlalə Seyidova tərəfindən aparıldı.
Təlim interaktiv şəkildə keçirildi, iştirakçılarla müxtəlif praktik tapşırıqlar və müzakirələr aparıldı. Müəllimlər öz təcrübələrini paylaşmaq, fikir mübadiləsi aparmaq imkanı qazandılar. Təlimdə xüsusilə bu mövzulara diqqət yetirildi:
- İnklüziv təhsilin mahiyyəti və müasir yanaşmalar;
- Fərqləndirilmiş təlimin tətbiqi strategiyaları;
- Sağlamlıq imkanları məhdud uşaqlarla işin psixoloji-pedaqoji əsasları;
- İnklüziv mühitdə müəllimlərin rolu və əməkdaşlıq mədəniyyəti.
Təlim iştirakçıların fəal iştirakı ilə yüksək səviyyədə keçirildi. İştirakçılar əldə etdikləri bilik və təcrübələrin gələcəkdə dərs prosesində və şagirdlərlə işdə faydalı olacağını vurğuladılar.




