15 oktyabr  2021-ci il tarixində  saat 1400-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrasının  baş müəllimi,  p.ü.f.d. Mustafayeva Firidə Firudin qızının  “İnkişafetdirici  çalışmalar-şagirdlərin məntiqi  təfəkkürlərini inkişaf  etdirən vasitə kimi”  adlı mövzusunda elmi-praktik  seminarı  keçirilmişdir.

Tədbirdə filialın direktoru dos.Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr  iştirak  ediblər.

Seminarda əsasən  ümumtəhsil məktəbləri qarşısında qoyulmuş əsas vəzifələrdən biri hərtərəfli inkişaf etmiş, müstəqil surətdə biliklərə sahib olmağı, tədqiqat xarakterli məsələləri həll etməyi bacaran məntiqi təfəkkürlü gənclər hazırlamaqdan  danışlımışdır. Həmçinin ibtidai siniflərdə riyaziyyat təliminin məqsədlərindən biri şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün səmərəli təlim metodlarından, əyani, didaktik vasitələrdən, tədrisin təşkili formalarından istifadə olunur.

Sonda isə  iştirakçıların  suallarına cavab  verilmişdir.

Paylaşın: