Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ADPU-nun Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir.Növbəti dəfə Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İdman və sağlamlıq klubu və İntelektual oyun klubunun birgə əməkdaşlığı ilə yubileyə həsr olunmuş “Dama yarışı” turniri keçirildi.
Oyun 2 mərhələdən ibarət olmaqla iki gün davam etdi. Gərgin keçən yarışda
1-ci yeri Könül Quliyeva
2- ci yeri Gültac Cəfərova
3-cü yer Leyla Xəlilova tutdular. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.
Uğurlarınız sizi daima parlaq gələcəyə aparsın,əziz tələbələr! 30 yaşın mübarək,doğma ocaq!