“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi

Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində ADPU-nun Şamaxı filialında keçirilən 108 saatlıq pedaqoji kurs uğurla sona çatdı. Kurs zamanı iştirakçılar həm nəzəri, həm də praktik baxımdan geniş məlumat əldə etməklə yanaşı, təcrübə mübadiləsi üçün imkan əldə etdilər. Sonda müdavimlər kurs dövründə (9 avqust – 9 sentyabr 2021-ci il) filialda yaradılan şəraitə görə rəhbərliyə və təlimçilərə öz minnətdarlıqlarını bildirdilər. Onlar öz ürək sözlərini filialın “Rəy və təkliflər” kitabına da qeyd etdilər.

ADPU-nun Şamaxı filialı adından bütün müdavimlərə icma müəllimi kimi gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Paylaşın: