30 oktyabr Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda tədbir keçirildi.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının “91”lər hərəkatının və partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, proffessor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan olundu.
Çıxış edənlər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova Müstəqil müasir Azərbaycanın qurucusu və banisi olan Heydər Əliyevin siyasi kursunun inkişafı sayəsində təşəkkül tapan milli dövlətçilik ideologiyasının öz obyektiv amilləri və qanunauyğunluqları ilə şərtlənmiş və həyati, elmi, siyasi, fəlsəfi məzmunu ilə sosial mühitdə üzə çıxan çoxsaylı obyektiv hadisələrin təsiri nəticəsində səciyyələndiyini qeyd etmişlər. Azərbaycan tarixinin 44 günlük şanlı Zəfər salnaməsinin yaradıcısı və müzəffər qəhrəmanı olan ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi-ideoloji, dövlətçilik mənafeyini uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərir ki, Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır, yaşadır və ölkəmizi parlaq, aydın gələcəyə inamla aparır.
Ardınca Yeni Azərbaycan Partiyasınən “91”lər hərəkatının və partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Sonda mövzu ilə bağlı suallar dinlənildi və xatirə şəkli çəkdirildi.