Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda dərs keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən dərsdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. O, Ulu Öndər Heydər Əliyevə həsr olunan dərslərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb onun zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyini tələbələrin diqqətinə çatdırıb və bildirib ki, Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur.
Ardınca Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov ümummilli lider Heydər Əliyevin anadan olmasından, təhsil almasından, hakimiyyətinin birinci və ikinci dövrlərindən, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi işlərdən, o cümlədən ölkəmizdə əsaslı sabitlik və inkişafın əldə olunmasındakı rolundan geniş şəkildə bəhs etdi. O, həmçinin Heydər Əliyevin Şamaxıya göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Şamaxıya ümumilikdə 14 dəfə səfər edən dahi rəhbərin diqqəti nəticəsində Şamaxının kənd və qəsəbələrinin simasının başdan-başa dəyişdiyini, sosial-iqtisadi və mədəni durumunun getdikcə möhkəmləndiyini, Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrildiyini qeyd edib və Şamaxının müasir tarixinin bütün mərhələlərinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. İnteraktiv mühazirə zamanı Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Sonda tələbələr arasında sual-cavab keçirildi və müzakirələrlə dərs başa çatdı.
Tüm ifadeler:
Sen ve 44 diğer kişi