“Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialı, Şamaxı Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda videokonfrans təşkil olundu.

Filialın qadın əməkdaşlarının iştirak etdiyi videokonfransda 44 günlük Vətən müharibəsində şücaət göstərərək şəhid olmuş qəhrəmanlarımızın, sağlamlıqlarını fəda edən qazilərimizin analarına, həyat yoldaşlarına təbrik ünvanlandı.

YAP Şamaxı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova, Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova Heydər Əliyev və qadın siyasəti mövzusunda çıxış edərək qeyd etdilər ki, Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata atılması, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüqüqlara malik olması dövlət idarəçiliyi kursunun əsas istiqamətlərindın birinə çevrilmişdir.

Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru,  dosent Tünzalə Yusifova qeyd etdi ki, Azərbaycan qadınının istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında misilsiz xidmətləri olub və bu gün də var.

Ümummillli liderimiz Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi ki, “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir”. Bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndərimiz tərəfindən qoyulan qadın siyasəti bu gün cənab Prezident İlham Əliyevin tərəfindən də diqqət mərkəzində saxlanılır. İlham Əliyevin “Gender kişi və qadınların bərabərliyi təminatları” haqqında imzaladığı çox mühüm qərarla Azərbaycan qadınları geniş hüquqi təminatlar əldə etdilər, kişi və qadınların dövlətin idarə olunmasında, və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına nail oldular.

Paylaşın: