Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində region gəncləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planına əsasən “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda intellektual oyun keçirildi.
Yarışdan əvvəl regionda fəaliyyətin genişləndirilməsi, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev irsinin təbliğ olunması və yetişməkdə olan gənc nəsillərə aşılanması məqsədilə Şamaxı rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı arasında beş illik əməkdaşlıq memorandumu imzalandı.
Ardınca yarış davam edib. Gərgin keçən mübarizənin yekununda ADPU-nun Şamaxı filialının tələbələrindən ibarət “Sirus”, “Dəmir yumruq” və “Turan” komandaları ardıcıl olaraq ilk 3 yerə layiq görülərək kubok və diplomlarla təltif olunublar.
Qaliblərimizi ürəkdən təbrik edirik!

Paylaşın: