İyunun 20-də S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransı keçirilib.
Bir çox təhsil qurumlarının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filiallı da tərəfdaş qismində çıxış edirdi.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Qarabağ döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransınb plenar iclasında ADPU-nun Şamaxı filialının tədris və elmi işləri üzrə direktor müavini f.ü.f.d Şasəddin Mikayılov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, qeyd edib və konfransın işinə uğurlar arzulayıb. O həmçinin qeyd etdi ki, ADPU-nun Şamaxı filialı bir çox Respublika və beynəlxalq səviyyəli konfranslara ev sahibliyi edir və bu konfransda da tərəfdaş kimi iştirak etməkdən məmnunluq hissi keçirir.
Ardınca konfrans işini 8 bölmədə davam etdirib. ADPU-nun Şamaxı filialının Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri p.ü.f.d Firidə Mustafayeva “Rəqəmsal bacarıqlar, STEAM” bölməsində sədr, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d Eyvaz Eminalıyev “Azərbaycan dili və ədəbiyyat” bölməsində üzv , Tədris və elmi işləri üzrə direktor müavini, f.ü.f.d Şasəddin Mikayılov “Tarix” bölməsində üvz, Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova “Estetik və fiziki tərbiyə” bölməsində üzv qismində iştirak ediblər. Sonda iştirakçılar “Təşəkkürnamə” ilə təltif olunub.