2 noyabr 2021-ci il saat 1200-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının  “Riyaziyyat və kompyuter elmləri” kafedrası   və AMEA-nın N.Tusi adına Şamaxı  Astrofizika  Rəsədxanasının   birgə təşkilatçılığı ilə “Günəş sisteminin  tərkibi və təkamülü” adlı elmi praktik seminar  keçirilmişdir.

Tədbirdə filialın direktoru dos.Tünzalə Yusifova, professor-müəllim heyəti, tələbələr və AMEA-nın N.Tusi adına Şamaxı  Astrofizika  Rəsədxanasının əməkdaşları iştirak  ediblər.

Tədbirdə  filialın direktoru dos. Tünzalə Yusifovanın giriş sözü söyləmişdir.

Ümummilli  Lider Heydə Əliyevlə başlanan ənənələr Ulu  Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümüdlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi” ili, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başcısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının  şöbə müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ədalət Ətai  “Günəş sisteminin planetləri” mövzusunda çıxış etmişdir. «Günəş sisteminin planetləri». Çıxış Günəş sistemi planetlərinin öyrənilməsinin  nə üçün lazım olduğuna və AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında son illərdə planetlərin tədqiqi sahəsində alınmış yeni nəticələrin şərhinə həsr olunmuşdur.

Riyaziyyat və informatika  müəllimliyi ixtisasının II tədris ili  tələbəsi Məcnunov Yusif «Seyfert qalaktikaları»mövzusunda çıxış etmişdir. Çıxış Kainatı təşkil edən qalaktikalara həsr olunmuşdur. Seyfert qalaktikaları bir sıra xüsusiyyətlərinə görə digər qalaktikalardan seçilən səma cismlərinə həsr olunmuşdur. Bu kompakt obyeklərin öyrənilməsi, qara çuxura maddə axını zamanı baş verən fiziki proseslərin aşkarlanması, mərkəzi energetik mənbənin təbiətinin aydınlaşdırılması baxımından, nəzəri fizikanın eləcə də kosmologiyanın bir sıra problemlərinin həlli baxımında mühüm əhəmiyyət kəsb edir.

Paylaşın: