Gələcəyə gedən zəfər yolu
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və onun layiqli davamçısı İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti nəticəsində ölkəmiz günü gündən çiçəklənən diyara çevrilir. Yaxın zaman öncə Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan İlham Əliyev, Azərbaycanın qüdrətli ordusu və Azərbaycan xalqının maddi və mənəvi dəstəyi ilə 30 ilə yaxın müddət ərzində işğal altında olan və Azərbaycanın ən böyük məsələsi olan Qarabağ ərazisini geri aldıq. Bu məsələnin həll edilməsi Azərbaycan xalqı üçün həm qürur verici , həmdə kədərli başa çatdı. Müharibənin bizim üçün zəfərlə nəticələnməsi xalqımızı qürurladırsa da müharibədə minlərlə şəhid olması bütün xalqımızı kədərləndirdi. Prezident İlham Əliyev azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Prezident İlham Əliyev səfərləri zamanı etdiyi çıxışlarda yaxın tariximizin mühüm məqamlarına da toxunur, qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmamasına çalışır. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir.
Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. İkinci Qarabağ müharibəsi ilə Erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyuldu. Erməni əsgərinin “cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mif darmadağın edildi. Erməni “sərkərdələri” ilə bağlı mif dağıdıldı. Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaq idi və bu da hərbi cinayət sayılır. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə etmişdir. Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb.
İndiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirməkdir. Dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, gələcək nəsillər bunu bilsinlər, o cümlədən erməni vəhşiliyini unutmasınlar.
Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib. Qarabağın yenidən qurulmasında Azərbaycan şirkətləri ilə yanaşı Türk şirkətləri də iştirak edir. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması məsələsinə xüsusi diqqətlə yanaşır. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Prezident İlham Əliyev səfər zamanı İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olub. İndi “İstisu”ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir. Azad olunmuş ərazilərdə su elektrik stansiyalarının sayı tədricən təxminən 20-yə çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir:
Aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.
Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.
Bu günümüzdə planlaşdırılaraq həyata keçirilən bütün bu layihələr Qarabağın gələcəkdə Azərbaycanını ən dilbər guşələrindən birinə çevrilməsinin təməlini qoyur.
Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Nərimanov Rasim