ADPU-nun Şamaxı filialında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər fondunun maliyə dəstəyi ilə “Elmi data bazalar və indekslər haqqında tədqiqatçılar üçün seminarlar” adlı layihə çərçivəsində gənc tədqiqatçılara təlimlər təşkil edilib. Təlimdə filialın tələbələri və gənc müəllimləri iştirak edirdi. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilovanın təqdimatında elmi tədqiqatçılara beynəlxalq elmi data bazalar və indekslər haqqında məlumatlar çatdırılıb, iştirakçılara SCOPUS, Web of Science, Science Citation Index Expanded (SCIE), Social Sciences Citation Index (SSCI), Arts & Humanities Citation Index (AHCI), Emerging Sources Citation Index (ESCI), Conference Proceedings Citation Index, Springer, Zentralblatt MATH, Math SciNet-Mathematical Reviews, Chemical Abstracts Service, Analytical Abstracts, Ulakbim, Pubchem, INSPEC-Direct, Astrophysics Data System, Compendex, GeoRef, Agris Pub Med, EconLit, Philosophers Index, PsycINFO və sair haqqında ətraflı biliklər, tədqiqatçılara bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, open science platformalarına, data bazalara çıxış imkanları barədə informasiyalar verilib. 28 fevral 2 mart tarixlərində davam edən seminarlarda tədqiqatçılar Research gate, Mendeley, Figshare, F1000Research, həmçinin DOAJ, ORCID, DOİ haqqında da geniş biliklər əldə etmişlər.
Təlim ümumilikdə 100-dən artıq iştirakçı arasında keçirildi və sonda iştirakçılara sertifikatlar təqdim olundu.