26 mart 2021-ci il tarixində saat 1400-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrasının müəllimi Nərmanov Rasim Əlisa oğlunun “Elm gününə” həsr olunmuş elmi-praktik seminar keçirilmişdir.
Tədbirdə filialın direktoru dos.Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Seminarda riyaziyyat təlimində məntiqi məsələlər, inkişafetdirici çalışmalar, əyləncəli məsələlərin daxil edilməsində, eləcə də riyazi sofizimin tətbiqində müasir yanaşmaların vacibliyi göstərilmişdir. Şagirdlərin riyazi qanunauyğunluqları daha dəqiq bilməsi məqsədilə riyazi sofizimin mahiyyəti açıqlanır, müasir təlim metodlarının tətbiqi ilə qurulmuş müxtəlif təlimlərdə mahiyyəti açıqlanmışdır, müasir yanaşma baxımından təlim metodlarına toxunulmuşdur.