6 may 2021-ci il tarixində saat 17:00-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-cı ildönümünə həsr olunmuş onlayn elmi-praktik konfrans keçiriləcəkdir.
Təşkilat komitəsi
8 may 2021-ci il saat 17:00-da 9 May – Qələbə Gününə həsr olunmuş onlayn tədbir keçiriləcəkdir.
Təşkilat komitəsi
ADPU-nun Şamaxı filialının məzunlarının nəzərinə!
Filialın 30 illik yubileyinin qeyd olunması ilə əlaqədar məzunlarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə məzunlarımızın aprel ayının 29-dək filialın Karyera Mərkəzi ilə əlaqə saxlaması və lazımi məlumatları (ad, soyad, ata adı, bitirdiyi il, hazırkı fəaliyyəti, elmi ad, dərəcə və ya təltiflər və s.) təqdim etmələri xahiş olunur. Əlaqə nömrəsi: 050 480 16 20 (Fəxrəddin Məmmədov)
23 aprel 2021- ci il
ADPU-nun Şamaxı filialında bu gündən etibarən payız sessiyası başlayıb. Tələbələrimizə imtahanlarda uğurlar arzulayırıq!
11 yanvar 2021-ci il
Direktorluq