Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı Dəyirmi masa keçirildi. masada filialın professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
İlk öncə tədbirdə Azərbaycanın dövlət himninin səsləndirildi və Azərbaycan xalqının birliyi uğrunda canından keçən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova açaraq, mövzunun aktuallığını xüsusi olaraq vurğuladı. O bildirdi ki, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq azərbaycanlılar daim bir, həmrəy olmuşdur. Bu özünü, xüsusilə də, Azərbaycanın mübariz olduğu vaxtda – müharibə dövründə göstərmişdir. Sonra Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Teymurova dünya azərbaycanlılarını birləşdirən tək doğma diyarın Azərbaycan olduğunu bildirmiş və 1989-cu ildə şimali və cənubi azərbaycanlıların Araz çayı boyu sərhəd dirəklərini yandırması, məftilləri sökməsi diqqətə çatdırılmış və bu gün də vahid Azərbaycan uğrunda gedən mübarizədən danışmışdır. Sonra dünya azərbaycanlılarının həmrəyliyinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Cəmiyyətin fəalları – Məmmədova Ceyran qardaş ölkədə – Türkiyədə bizləri təmsil edən həmvətənlərimiz, Qurbanlı Səbinə Cənubi Azərbaycandakı azərbaycanlılar, Mələkxanım Atakişiyeva Rusiyada yaşayan azərbaycanlılar, Razmiyanı Səkinə Gürcüstandakı həmvətənlərimiz, Kərimova Səbinə Amerika Birləşmiş Ştatında yaşayan azərbaycanlılar, Şirinov Şəhriyar Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız, Səmiyeva Firəngiz Finlandiyada yaşayan soydaşlarımız, Hümbətova Səbinə İngiltərədəki Azərbaycan cəmiyyəti, İbadlı Nurcan Fransada yaşayan soydaşlarımız haqqında ətraflı çıxış etdilər. Tələbələr: Salmanlı Səbinə Tofiq Fikrətin “Millət şərqisi” şeiri, Hümbətova Səbinə Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirini ifa etdilər.

Paylaşın: