Dövlətin maraqları Ulu Öndər Heydər Əliyev siyasi irsinin əsası kimi.
Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Bu gün ölkənin siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyası həmin siyasi irsin əsasında formalaşmışdır. Ümummilli liderimizin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi və bununla da ölkədə yeni siyasi baxışlar, siyasi hərəkat başladı. Yarandığı gündən Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAPölkədəən böyük və effektiv siyasi qüvvəyə çevrilib.
Məlumdur ki, hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi nəticəsində onun bütün sahələrdə apardığı islahatlar, qətiyyəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalqda ona qarşı böyük rəğbət hissi qazandırmışdı. Sonrakı illərdə də müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ətraf bölgələrdən, həmçinin Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilərdi? Bu faktlar keçirilən referendumun saxta olmasının sübutudur.Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan vermədi. Bu, böyük cəsarət tələb edən addım idi. Eyni zamanda, o vaxt Bakıda sovet Azərbaycanını və onun bayrağını təmsil edən rəhbərlik artıq çürümüş ideologiyadan elə ikiəlli yapışmışdı ki, onu buraxmaq istəmirdi. Sovet İttifaqının dağılmasına daha çox vaxt qalmasına baxmayaraq, Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi.
Bütün bu faktorlar, bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırmışdır.
Tarixi faktlara istinad edərək qətiyyətlə deyə bilərik ki, Müstəqil Azərbaycanın qurucusu və azərbaycançılıq ideologiyasının banisi kimi ümummilli lider Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Çünki dövlətin maraqları və müstəqillik Ulu Öndər Heydər Əliyevin siyasətində mütləq prioritet kimi çıxış edib.
Faktiki olaraq Ulu Öndərin Azərbaycana qayıdışı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. 1993-cü ilin oktyabr ayında Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçilməsi ilə ökəmizin böhrandan çıxma prosesi artıq başladı. Müstəqillik tariximiz məhz o gündən başladı. 1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Bu illərdə dövlətçiliyin əsası qoyuldu. Ulu Öndər tərəfindən 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan regionun aparıcı qüvvəsi olan bir ölkə kimi tanınmağa başladı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğu məsələsinə xüsusi diqqət ayrıldı, çünki müharibə şəraitində yaşayan bir dövlət üçün bu əsas prioritet idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrinə öz töhfələrini verirlər.
Sevindirici haldır ki, Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və həmin layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır.
Təbii haldır ki, bu gün Ulu öndərin siyasi irsinin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən də dövlət və milli maraqlar daim qorunur. Ölkənin gələcəyi elə planlaşdırılmışdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanları artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpaqalarında yaşasın. Ödur ki, islahatlar davamlı olaraq aparılacaqdır.
Qeyd edək ki, prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosialsahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.
Bu yaxınlarda xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi də bu islahatların davamını kimi özünü göstərdi. Ölkənin siyasi həyatında yeni bir mərhələ başladı deyə bilərik. Həmin qurultayda Cənab Prezidentimizin çıxışında vurğulandığı kimi, 90-cı illərdə ikili standartların mövcud olduğu beynəlxalq sferadaAzərbaycana heç kim kömək etmirdi. Lakin Azərbaycan hər şeyi öz hesabına əldə etdi. Aydın idi ki, iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Azərbaycanın iqtisadi potensialı daim artmaqdadır.
Davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur. Ölkəmizə gələn investisiyalar dayanmadan artır. Bunun əsas amili daxili sabitlikdir. “DoingBusiness” proqramında biz ən yaxşı yerlərdəyik.
Müstəqilliyin ilk illərində xalqımız çox böyük çətinliklərlə üzləşib.Həmin illərdə hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. O dövrü təsəvvür etmək üçün bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir.
Ölkə başçısının fikirlərinə istinadən deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyin ilk illərinin bərbad mənzərəsini unutmayacaqdır. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi idi.
Torpaqlarımızın işğalı nəticəsində baş verənlər tariximizin unudulmaz səhifələridir.Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Azərbaycana qarşı soyqırım və terrorist əməllər törədilirdi. Müstəqilliyimiz belə şübhə altında idi. Həmin hadisələrdən keçən illər ərzində bütün sahələrdə aparılan uğurlu siyasətin nəticəsidir ki, dünyanın ən gücül orduları arasında yer Rəşadətli Azərbaycan Ordusu Böyük Qələbəyə imza atdı və bu ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Cənab Prezident bu şanlı qələbəni belə əsaslandırır ki, müharibə dövründəmənəvi üstünlük Azərbaycanın tərəfində idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq.Həm də ona görə ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.
İkinci bir tərəfdən Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi ədalətibərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu.
Digər tərəfdən Azərbaycanda illərdir vətənpərvər gənc nəsil yetişdirilməsi sahəsində mühüm işlər həyata keçirilib. Məhz Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Şanlı ordumuzun tarixi zəfəri ədaləti bərpa etməklə yanaşı, Ali Baş Komandanın dediyi kimi bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Təbii ki, prioritetlər arasında qonşu ölkələrləəməkdaşlıq xüsusi yerə malikdir. Amma bununla bərabər, digər ölkələrlə də münasibətlər qurulur. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər.
Siyasi dialoqun inkişafı da dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir.Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşıda duran vacibməsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılması çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.
Azərbaycan dövlətinin siyasi, hərbi, iqtisadi sahədə güclənməsi beynəlxalq aləmdə Azərbaycanın imicinin möhkəmlənməsinə zəmin yaratdı. Əlbəttə ki, hərbi sahədə qələbəAzərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.
Dövlət başçısı cənab İlham Əliyev həmişə xalqın qarşısında hesabat verərkən bildirir ki, mən verdiyim hər bir vədin həyata keçməsinin məsuliyyətini hiss edir və bunu reallaşdırıram. Bizim xalqla birliyimizin başlıca səbəblərindən biridə budur: dövlət xalqla birdir və xalqa xidmət edir. Prezident seçkilərindən sonra dövlət başçısınınbəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi müəyyən olunub və bu vəzifə uğurla icra olunub.
Qürurla deyə bilərik ki, Cənab Prezident İlham Əliyev bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı kimi Respublikamızı yeni işıqlı sabaha uğurla aparır.
ADPU-nun Şamaxı Filialının Kompüter və riyaziyyat elmləri kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Firidə Mustafayeva