ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının hazırladığı, 14.10.2021-ci il tarixdə keçirilən “Dilin meydana gəlməsi problemi dünya dilçiliyində” mövzusunda elmi seminar haqqında məlumat

14 oktyabr 2021-ci il tarixdə, saat 1100-da Heydər Əliyev lektoriyasında “Dilin meydana gəlməsi problemi dünya dilçiliyində” mövzusunda elmi seminar keçirildi. Seminarda kafedranın, eləcə də filialın professor-müəllim heyəti, tələbələr iştirak edirdi. Elmi seminarı giriş sözü ilə filialın direktoru dos. T.V.Yusifova açaraq, mövzunun aktuallığını xüsusi olaraq vurğuladı. Müşahidələr təsdiqləyir ki, tələbələrin belə seminaralara ciddi ehtiyacı vardır. Daha sonra kafedranın müəllimi Sabir İbrahimov “Dilin meydana gəlməsi problemi dünya dilçiliyində” mövzusunda maraqlı çıxış etdi. Sonda tələbələrin sualları cavablandırıldı.

Kafedra müdiri:                                  f.ü.f.d.E.M.Eminalıyev

Paylaşın: