DİL-ƏDƏBİYYAT VƏ ONLARIN TƏDRİSİ TEXNOLOGİYASI KAFEDRASI
Yusifova Tünzalə Vəli qızı
filologiya üzrə fəlsəfə doktoru, dosent, direktor
Eminalıyev Eyvaz Məhəmmədəli oğlu
filologiya üzrə fəlsəfə doktoru, kafedra müdiri
Hüseynova Rəna Kazım qızı
müəllim
Quliyeva Rima Hacalı qızı
müəllim
Baxşıyeva Sevinc Soltanmecid qızı
müəllim
Xasıyeva Səkinəxanım Akif qızı
müəllim
Hüseynova Türkan Fazil qızı
müəllim
Babaşova Ruqiyyə Məhəmməd qızı
müəllim
Şükürova Sənubər Fəqani qızı
müəllim
Razimi Vəsilə Novruz qızı
müəllim
Həsənova Nazdı Vəli qızı
Müəllim
Ağammədova Şəfəq Xasay qızı
Müəllim
Teymurova Aytən Şahin qızı
müəllim
isgəndərova şəkər vüqar qızı
laborant
KAFEDRANIN TARİXİ:
İlk olaraq 1993-ci ildən “Ümumi dilçilik və ədəbiyyat tarixi” adı ilə fəaliyyətə başlayan kafedra, 2006-cı “Ümumelmi fənlər”, 2012-ci ildə “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrası adlandırılmışdır.
2020/2021-ci tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin 23.01.2020-ci il tarixli 3/10 nömrəli əmrinə əsasən kafedra “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrası kimi fəaliyyətini davam etdirmişdir. Kafedraya filologiya üzrə fəlsəfə doktoru Eyvaz Məhəmmədəli oğlu Eminalıyev rəhbərlik edir.
Kafedra müasir təhsil sisteminin tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prossesini ədəbiyyatşünaslıq və dilçiliyin müxtəlif sahələrini əhatə edən 40–dan çox fənnin tədrisini həyata keçirir.
Kafedra əməkdaşları tədris olunan fənlər üzrə keyfiyyət və səmərəliliyi artırmaq məqsədi ilə mütəmadi olaraq respublikanın tanınmış mütəxəssislərinin iştirakı ilə elmi seminarlar keçirir, tələbələrə təhsil müddətində qazanılmış biliklərin real həyatda istifadəsi yollarını öyrədir. Kafedra nəzəriyyə və praktika arasında vəhdət qurmağa çalışır, bunu öz fəaliyyətinin hədəfi hesab edir.
MİSSİYAMIZ:
ADPU – nun Şamaxı filialının “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrası olaraq missiyamız tələbələrimizə pedaqoji sahədə ən yaxşı təhsili və ən müasir bilikləri verərək məzunlarımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan karyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə davamlı təhsil bazası yaratmaqdır.
Kafedra Ədəbiyyat və dilçilik elminin müxtəlif sahlərini yüksək səviyyədə tələbələr tərəfindən mənimsənilməsini, təcrübi vərdişlərinin artırılmasını başlıca vəzifə kimi həyata keçirir.
Təhsil Strukturunda gedən əsaslı islahatlar, Azərbaycan təhsilinin müasir dünya təhsil sisteminə inteqrasiyası, beynəlxalq tələblərə cavab verən humanist təhsil sisteminin qurulması sahəsində baza rolunu oynayır. Bu da öz növbəsində dövlət quruculuğu sahəsində sistemli işin təşkili, savadlı mütəxəssis kadrların hazırlanması məsələsini önə çıxarır. Bu məqsədlə Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası qarşısına aşağıdakı vəzifələr həyata keçiriməkdədir.
- Proqram, dərslik və dərs vəsaitinin yeniləşdirilməsi;
- Tədris prosesinin, mühazirə və seminarların müasir təhsil sisteminin tələblərinə uyğun təşkil edilməsi;
- Dövlətin təhsil sahəsində siyasətini əsas götürərək yetişməkdə olan gənc nəslə biliklərin əsaslarını mükəmməl şəkildə öyrətməyi bacaran müəllimlərin yetişdirilməsi
- Müasir cəmiyyət qurucularının bazar iqtisadiyyatı şəraitinə uyğun hazırlanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi.
Tədrisin keyfiyyətinin artırılması məqsədilə ölkənin digər nüfuzlu ali təhsil müəssisələrindən kafedraya yüksək elmi potensiala malik aşağıda adları göstərilmiş müəllim heyəti dəvət edilmişdir:
- Umudov Qüdrət Umud oğlu – filologiya üzrə fəlsəfə doktoru, dosent
- Abışov Elşad Şərəfxan oğlu – filologiya üzrə fəlsəfə doktoru, dosent
Kafedra əməkdaşları mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda məqalələrlə iştirak edir, proqram və dərs vəsaitlərinin hazırlanmasında öz tövhəsini verir. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin, eləcə də respublikanın digər ali məktəblərinin müvafiq kafedraları ilə əməkdaşlıq edərək onların qabaqcıl təcrübəsini öyrənir. Kafedrada gənc alimlərin yetişdirilməsi preoritet vəzifələrdəndir.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında aşağıdakı fənlər tədris olunur:
İbtidai sinif müəllimliyi ixtisası üzrə:
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Rus dili
- İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
- Ana dili
- Nitq inkişafı üzrə işin metodikası
- Nitq mədəniyyəti
- Uşaq ədəbiyyatı
- Ana dilinin tədrisi metodikası
- Xarici dil
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə:
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Dilçiliyə giriş
- Ədəbiyyatşünasılığa giriş
- Şifahi xalq ədəbiyyatı
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Müasir Azərbaycan dili-1
- Əski Azərbaycan yazısı
- Xarici dil-2 (İngilis dili)
- Xarici dil-2 (Rus dili)
- Müasir Azərbaycan dili – (Leksikologiya)
- Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr)
- Dünya ədəbiyyatı (Qədim və orta əsrlər)
- Azərbaycan dialektologiyası
- Müasir Azərbaycan dili (morfologiya)
- Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)
- Dünya ədəbiyyatı (Şərqi Slavyan xalqları və Qərb ölkələri)
- İfadəli oxudan praktikum
- Əski Azərbaycan yazısı
- Dünya ədəbiyyatı (Türk və Şərq xalqları)
- Azərbaycan dili tarixi
- Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)
- Ədəbi tənqid tarixi
- Azərbaycan ədəbi dil tarixi
- Müasir Azərbaycan dili (sintaksis)
- Azərbaycan ədəbiyyatı tarixi(XIX və XX əsr)
- Dünya ədəbiyyatı (Türk və Şərq xalqları)
- Azərbaycan dilinin üslubiyyatı
- Azərbaycan dilinin tədrisi metodikası
- Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)
- Ədəbi tənqid tarixi
- Azərbaycan ədəbi dil tarixi
- Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi
- Nitq mədəniyyəti
- Azərbaycan ədəbiyyatı tarixi
- Ədəbiyyatın tədrisi metodikası
- Ədəbiyyat nəzəriyyəsi
- Ümumi dilçilik
- Türk dillərinin müqaisəsi
- Ən yeni Azərbaycan ədəbiyyatı
Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə
- Azərbaycan dili və nitq mədəniyyəti
Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə:
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Rus dili
- Azərbaycan dili və nitq mədəniyyəti
Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə
- Azərbaycan dili
- Uşaq ədəbiyyatı
- Xarici dildə işgüzar və akademik kommunikasiya
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Xarici dil
- Azərbaycan dili və nitq mədəniyyəti
- Nitq inkişafı metodikası