DİL-ƏDƏBİYYAT VƏ ONLARIN TƏDRİSİ TEXNOLOGİYASI KAFEDRASI

 

Yusifova Tünzalə Vəli qızı

filologiya üzrə fəlsəfə doktoru, dosent, direktor

Eminalıyev Eyvaz Məhəmmədəli oğlu

filologiya üzrə fəlsəfə doktoru, kafedra müdiri

Hüseynova Rəna Kazım qızı

müəllim

Quliyeva Rima Hacalı qızı

müəllim

Baxşıyeva Sevinc Soltanmecid qızı

müəllim

Xasıyeva Səkinəxanım Akif qızı

müəllim

Hüseynova Türkan Fazil qızı

müəllim

Babaşova Ruqiyyə Məhəmməd qızı

müəllim

Şükürova Sənubər Fəqani qızı

müəllim

Razimi Vəsilə Novruz qızı

müəllim

Həsənova Nazdı Vəli qızı

Müəllim

Ağammədova Şəfəq Xasay qızı

Müəllim

Teymurova Aytən Şahin qızı

müəllim

isgəndərova şəkər vüqar qızı

laborant

KAFEDRANIN TARİXİ:

      İlk olaraq 1993-ci ildən “Ümumi dilçilik və ədəbiyyat tarixi” adı ilə fəaliyyətə başlayan kafedra,  2006-cı  “Ümumelmi fənlər”, 2012-ci ildə “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrası adlandırılmışdır.

    2020/2021-ci  tədris  ilindən Azərbaycan Dövlət Pedaqoji  Universitetinin 23.01.2020-ci il tarixli 3/10 nömrəli əmrinə əsasən kafedra “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrası kimi fəaliyyətini davam etdirmişdir. Kafedraya filologiya üzrə fəlsəfə doktoru Eyvaz Məhəmmədəli oğlu Eminalıyev rəhbərlik edir.

       Kafedra  müasir təhsil sisteminin tələblərinə uyğun yüksək ixtisaslı  mütəxəssislərin hazırlanması prossesini ədəbiyyatşünaslıq və  dilçiliyin  müxtəlif sahələrini əhatə edən 40–dan çox fənnin tədrisini həyata keçirir.

      Kafedra  əməkdaşları  tədris olunan fənlər  üzrə keyfiyyət  və səmərəliliyi  artırmaq məqsədi ilə mütəmadi olaraq respublikanın tanınmış mütəxəssislərinin  iştirakı ilə elmi  seminarlar keçirir, tələbələrə təhsil müddətində qazanılmış biliklərin real həyatda istifadəsi yollarını öyrədir. Kafedra nəzəriyyə və praktika  arasında vəhdət  qurmağa  çalışır, bunu öz fəaliyyətinin hədəfi hesab edir.

MİSSİYAMIZ: 

          ADPU – nun Şamaxı filialının “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası”  kafedrası olaraq missiyamız tələbələrimizə pedaqoji sahədə ən yaxşı təhsili və  ən müasir  bilikləri verərək məzunlarımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan  karyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabliyyətlər əldə etmələrini təmin etmək və  rəqabətə davamlı təhsil bazası yaratmaqdır.

          Kafedra Ədəbiyyat və dilçilik elminin müxtəlif sahlərini yüksək səviyyədə tələbələr tərəfindən mənimsənilməsini, təcrübi vərdişlərinin artırılmasını başlıca vəzifə kimi həyata keçirir.

        Təhsil Strukturunda  gedən əsaslı islahatlar, Azərbaycan təhsilinin müasir dünya təhsil sisteminə inteqrasiyası, beynəlxalq tələblərə cavab verən humanist təhsil sisteminin qurulması sahəsində baza rolunu oynayır. Bu da öz növbəsində dövlət quruculuğu sahəsində sistemli işin təşkili, savadlı mütəxəssis kadrların hazırlanması məsələsini önə çıxarır.  Bu məqsədlə Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası qarşısına aşağıdakı vəzifələr həyata keçiriməkdədir.

  1. Proqram, dərslik və dərs vəsaitinin yeniləşdirilməsi;
  2. Tədris prosesinin, mühazirə və seminarların müasir təhsil sisteminin tələblərinə uyğun təşkil edilməsi;
  3. Dövlətin təhsil sahəsində siyasətini əsas götürərək yetişməkdə olan gənc nəslə biliklərin əsaslarını mükəmməl şəkildə öyrətməyi bacaran  müəllimlərin yetişdirilməsi  
  4. Müasir cəmiyyət qurucularının bazar iqtisadiyyatı şəraitinə uyğun hazırlanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi.
  1.  

          Tədrisin keyfiyyətinin artırılması məqsədilə ölkənin digər nüfuzlu ali təhsil müəssisələrindən kafedraya yüksək elmi potensiala malik aşağıda adları göstərilmiş müəllim heyəti dəvət edilmişdir:

  1. Umudov Qüdrət Umud oğlu – filologiya üzrə fəlsəfə doktoru, dosent
  2. Abışov Elşad Şərəfxan oğlu – filologiya üzrə fəlsəfə doktoru, dosent

            Kafedra əməkdaşları  mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda məqalələrlə iştirak edir,  proqram  və dərs vəsaitlərinin hazırlanmasında  öz tövhəsini verir. Eyni zamanda  Azərbaycan Dövlət Pedaqoji Universitetinin,  eləcə də respublikanın  digər ali məktəblərinin  müvafiq kafedraları ilə əməkdaşlıq edərək onların qabaqcıl təcrübəsini öyrənir. Kafedrada  gənc alimlərin yetişdirilməsi preoritet vəzifələrdəndir.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında aşağıdakı fənlər  tədris olunur:

İbtidai sinif müəllimliyi ixtisası üzrə:

  1. Xarici dildə işgüzar və akademik kommunikasiya
  2. Rus dili
  3. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
  4. Ana dili
  5. Nitq inkişafı üzrə işin metodikası
  6. Nitq mədəniyyəti
  7. Uşaq ədəbiyyatı
  8. Ana dilinin tədrisi metodikası
  9. Xarici dil

Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə:

  1. Xarici dildə işgüzar və akademik kommunikasiya
  2. Dilçiliyə giriş
  3. Ədəbiyyatşünasılığa giriş
  4. Şifahi xalq ədəbiyyatı
  5. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  6. Müasir Azərbaycan dili-1
  7. Əski Azərbaycan yazısı
  8. Xarici dil-2 (İngilis dili)
  9. Xarici dil-2 (Rus dili)
  10. Müasir Azərbaycan dili – (Leksikologiya)
  11. Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr)
  12. Dünya ədəbiyyatı (Qədim və orta əsrlər)
  13. Azərbaycan dialektologiyası
  14. Müasir Azərbaycan dili (morfologiya)
  15. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)
  16. Dünya ədəbiyyatı (Şərqi Slavyan xalqları və Qərb ölkələri)
  17. İfadəli oxudan praktikum
  18. Əski Azərbaycan yazısı
  19. Dünya ədəbiyyatı (Türk və Şərq xalqları)
  20. Azərbaycan dili tarixi
  21. Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)
  22. Ədəbi tənqid tarixi
  23. Azərbaycan ədəbi dil tarixi
  24. Müasir Azərbaycan dili (sintaksis)
  25. Azərbaycan ədəbiyyatı tarixi(XIX və XX əsr)
  26. Dünya ədəbiyyatı (Türk və Şərq xalqları)
  27. Azərbaycan dilinin üslubiyyatı
  28. Azərbaycan dilinin tədrisi metodikası
  29. Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)
  30. Ədəbi tənqid tarixi
  31. Azərbaycan ədəbi dil tarixi
  32. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi
  33. Nitq mədəniyyəti
  34. Azərbaycan ədəbiyyatı tarixi
  35. Ədəbiyyatın tədrisi metodikası
  36. Ədəbiyyat nəzəriyyəsi
  37. Ümumi dilçilik
  38. Türk dillərinin müqaisəsi
  39. Ən yeni Azərbaycan ədəbiyyatı

Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə

  1. Azərbaycan dili və nitq mədəniyyəti

Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə:

  1. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  2. Xarici dildə işgüzar və akademik kommunikasiya
  3. Rus dili
  4. Azərbaycan dili və nitq mədəniyyəti

Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə

  1. Azərbaycan dili
  2. Uşaq ədəbiyyatı
  3. Xarici dildə işgüzar və akademik kommunikasiya
  4. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  5. Xarici dil
  6. Azərbaycan dili və nitq mədəniyyəti
  7. Nitq inkişafı metodikası