Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasında tələbə elmi tədqiqat işlərinin müzakirəsi baş tutdu.

Mayın 20-də Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasında Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə 2020-2021-ci tədris ili üzrə tələbə elmi tədqiqat işlərinin müzakirəsi baş tutdu. Müzakirədə filialın rəbərliyi, kafedranın əməkdaşları , Tələbə Elmi Cəmiyyətinin idarə heyəti və tələbələr iştirak edirdilər.

Tədbir zamanı elmi tədqiqat işlərini təqdim edən bütün tələbələr dinlənildikdən və müzakirə olunduqdan sonra “Tələbə Elmi Cəmiyyətinin ADPU-nun 100 və Şamaxı filialının 30 illiyinə həsr olunmuş XV konfransı”nda iştirak edəcək tələbələrin adları açıqlandı.

Yekun konfransda bütün tələbələrimizə uğurlar diləyirik.

Paylaşın: