Tünzalə Yusifova

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Eyvaz Eminaliyev

Filologiya üzrə fəlsəfə doktoru, kafedra müdiri

Mehparə Əliyeva

baş müəllim

Sevinc Baxşıyeva

müəllim

Rima Quliyeva

müəllim

Səkinəxanım Xasıyeva

müəllim

Sənubər Şükürova

müəllim

Şəkər İsgəndərli

laborant

Türkan Hüseynova

müəllim

Ruqiyyə Babaşova

baş müəllim

Elşad Abışov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Rəna Hüseynova

müəllim

Vəsilə Razimi

baş müəllim

Aytən Səmədova

müəllim

  1. KAFEDRANIN TARİXİ

Kafedra “Ümumi dilçilik və ədəbiyyat tarixi” adı ilə ilk dəfə 1993-ci ildən fəaliyyətə başlamışdır. İlk dəfə kafedraya filologiya elmləri namizədi Seyfəddin Qəniyev  rəhbərlik etmişdir. 2006 – cı  ildə  kafedranın adı dəyişdirilərək “Ümumelmi fənlər” kafedrası olmuşdur. 2012 – ci ildə kafedranın adı yenidən dəyişdirilərək ”Ədəbiyyat və dillər” kafedrası oldu və  kafedraya həmin dövrdə filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev rəhbərlik etmişdir. 2013 – cü ildən kafedraya ictimai əsaslarla filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova rəhbərlik etmiş,  2019-cu ilin martından ” Ədəbiyyat və dillər” kafedrasına (indiki Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası)  bu günədək  f.ü.f.d. Eyvaz Eminalıyev rəhbərlik edir.

 3.KAFEDRA HAQQINDA MƏLUMAT

“Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrası ali təhsilin bakalavriat pilləsində  “Dil, ədəbiyyat” istiqaməti üzrə əsas aparıcı ixtisas kafedrasıdır.

Kafedra  müasir təhsil sisteminin tələblərinə uyğun olan  yüksək ixtisaslı  mütəxəssislərin hazırlanması, dilçilik və ədəbiyyatşünaslıq elminin müxtəlif sahələrini əhatə edən 35 – dən çox fənnin tədrisini həyata keçirir.

Kafedranın tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən Azərbaycan dilində tədris olunur.

Tədris olunan fənlər  üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək, o cümlədən,  tələbələrimizin müxtəlif sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədilə mütəmadi olaraq respublikanın tanınmış mütəxəssislərinin  iştirakı ilə elmi  seminarlar keçirərək, onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir. Bu mənada tədris metodikamızda  nəzəriyyə və praktika  arasında qurmağa  çalışdığımız körpü və  tarazlıq kafedramızın qeyd edilməyə dəyər ən önəmli özəlliyidir.

 

  1. KAFEDRANIN İSTİFADƏ ETDİYİ TƏDRİS MODELİ

“Dil-ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının tədris etdiyi modeli aşağıdakı diaqramda öz əksini tapmışdır. Modelin əsas fəlsəfəsini ilkin əsas bazaya  əsaslanan “mərhələli inkişaf” prinsipi tutur. Diaqramda bu öz əksini çox aydın şəkildə tapmışdır. Belə ki, I kursda tələbələr əsasən “Şifahi xalq ədəbiyyatı”, “Ədəbiyyatşünaslığa giriş”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Uşaq ədəbiyyatı” fənləri üzrə bilik və bacarıqlara yiyələnir,  II kursda tələbələr “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Oxu təliminin metodikası”, “Ədəbi dil tarixi” fənlərini öyrənir, III kursda  “Bədii mətnin interpretasiyası”, Ədəbiyyatın tədrisi metodikası” ixtisası üzrə biliklərin möhkəmləndirilməsi üçün “Azərbaycan  dilinin tədrisi metodikası”, “Dünya ədəbiyyatı”, “Əski Azərbaycan yazısı”, “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsini” öyrənməklə yanaşı,  ixtisaslar üzrə pedaqoji təcrübəyə yiyələnir.

  Yeni tədris planına uyğun olaraq IV kursda həmin fənlərin davamı olaraq “, “Ədəbiyyat nəzəriyyəsi ”, “Azərbaycan dilinin tədrisi metodikası”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı metodikası” əlavə olaraq “İfadəli oxudan praktikum”  kimi ixtisaslaşma fənləri tədris edilir.

 

 

 KAFEDRANIN TƏDRİS FƏLİYYƏTİ HAQQINDA MƏLUMAT

6.1. Tədris olunan fənlər haqqında qısa təsvir.

Ana dili. Ana dili fənni ibtidai sinif müəllimiliyi ixtisası üzrə tələbələrə Azərbaycan dilinin fonetika və leksika bölmələrini bir elm kimi öyrədir. Kurs interaktiv səciyyə daşıyır Azərbaycan Respublikası Təhsil Sektorunun  inkişaf lahiyyəsi, onun dünya təhsilinə inteqrasiyası Avropa Təhsilinin əsas və aparıcı modellərinin tətbiqi məsələləri ilə sıx bağlıdır. Bir vəzifə olaraq Ana dili fənni də balonya  sisteminin tələblərinə uyğun tədris olunmalıdır.

Ana dilinin tədrisi metodikası. Ana dili ibtidai siniflərdə tədris fənlərinin əsasıdır. Müəyyən mənada inteqrativ fəndir.  Ana dilinin tədrisi metodikası nəyi, kimə, nə vaxt, necə öyrətməyi müəyyənləşdirir. Metodikanı öyrənən gənc müəllim təlimin metod və formalarından şüurlu istifadə etməyə, yaradıcıcı fəaliyyətə hazır olur. Tələbələrə bunları aşılamaq üçün kurs interaktiv təlim metodları əsasında qurulmuşdur.

Azərbaycan  dilinin tədrisi metodikası. “Azərbaycan dilinin tədrisi metodikası” fənni orta məktəbdə bakalavr hazırlıqlı gələcək müəllimlərə Azərbaycan dilinin fonetikasını, leksikasını və qrammatikasını tədris etməyin metodikasını öyrətməyi nəzərdə tutur. Bu məqsədlə tələbələrə Milli kurikulum çərçivəsində yeni təlim metodları, texnologiyalar və qiymətləndirmə standartları ilə tanışlıq yeni (interaktiv) təlimin prinsipləri, dərsə verilən başlıca tələblər mənimsənilir. Tələbələr seminar məşğələlərində praktik məsələlərlə məşğul olur. Azərbaycan dilinin plan, proqramlarla tanış olur. Gündəlik plan tutmağı ayrı-ayrı dərslərinə aid icmal yazmağı öyrənir, müəllimlik fəaliyyətinə hazırlanırlar.

Müasir Azərbaycan dili. Dilin mahiyyəti, dil və təfəkkür, dil və nitq haqqında tələbələrə ümumi məlumat vermək. Azərbaycan dili və onun inkişaf mərhələləri, onun inkişafında görkəmli şəxsiyyətin rolu. Ümummilli liderimiz H.Əliyevin Azərbaycan dilinin Dövlət dili statusu uğrunda mübarizəsini, XXəsrin sonu XXI əsrin əvvəllərində onun Azərbaycan dili və latın əlifbasının tətbiqi haqqında fərman və sərəncamları haqqında bilik vermək. Müasir Azərbaycan dilinin fonetika bölməsi, onun növləri və əhəmiyyəti, dilimizin orfoepiyası və orfoqrafiyasının ədəbi dil normalarında yeri və s. haqqında əsaslı bilik vermək. Müqayisə və araşdırma metodundan istifadə etməklə tələbələr ədəbi tələffüz və möhkəm orfoqrafiya vərdişlərinə yiyələnəcəklər.  Müasir Azərbaycan dili dilçiliyin əsas  dörd bölməsindən üçüncüsü olan morfologiyadan bəhs edir. Bu fənn dilin qrammatik quruluşunda əsas vahidlər olan kök və şəkilçi, kök morfem anlayışını, sözdəyişdirici və sözdüzəldici şəkilçilərin xüsusiyyətlərini, nitq hissələri və onların təsnifi prinsipləri xüsusiyyətlərini, nitq hissəsi və onların təsnifi prinsiplərini öyrədir.

Dünya ədəbiyyatı. Dünya ədəbiyyatı fənninin I kursu ən qədim və qədim dövrləri çevrəliyir. Kurs iki istiqamətdə – Şərq ədəbiyyatı Şumer – Akxad, Misir, Orta Şərq, Hind və Çin ədəbiyyatını, Antik Yunan və Roma ədəbiyyatları tarixini, Homer, Esxil, Sofokl, Evripid, Aristofan, Vergili, Horatsi, Aristotel yaradıcılıqlarını, Orta əsrlər Avropa eposlarını, Kurtuaz – cəngavərlik əsərlərini ehtiva edir.Dünya ədəbiyyatı – 3 (XX əsr dünya ədəbiyyatı) fənni fasiləsiz təhsilin bakalavr pilləsində öyrədilir.XX əsr dünya ədəbiyyatının sosial-tarixi şəraiti və mədəni mühiti, habelə, bədii nümunələri, abidələri və şəxsiyyətləri  bakalavrlara dərk etdirilir.

Azərbaycan ədəbiyyatı tarixi. Dilin mahiyyəti, dil və təfəkkür, dil və nitq haqqında tələbələrə ümumi məlumat vermək. Azərbaycan dili və onun inkişaf mərhələləri, onun inkişafında görkəmli şəxsiyyətin rolu. Ümummilli liderimiz H.Əliyevin Azərbaycan dilinin Dövlət dili statusu uğrunda mübarizəsini, XXəsrin sonu XXI əsrin əvvəllərində onun Azərbaycan dili və latın əlifbasının tətbiqi haqqında fərman və sərəncamları haqqında bilik vermək. Müasir Azərbaycan dilinin fonetika bölməsi, onun növləri və əhəmiyyəti, dilimizin orfoepiyası və orfoqrafiyasının ədəbi dil normalarında yeri və s. haqqında əsaslı bilik vermək. Müqayisə və araşdırma metodundan istifadə etməklə tələbələr ədəbi tələffüz və möhkəm orfoqrafiya vərdişlərinə yiyələnəcəklər.  

   Azərbaycan dili tarixi. Azərbaycan dili tarixi fənninin tədrisində elmi qənaətlərin, fənnə aid biliklərin, mənbələrdən istifadənin yolları və  istiqamətləri öyrənilir.

  Ədəbiyyatın tədrisi metodikası.  Ədəbiyyatın tədrisi  nəzəri biliklərin bacarıq və vərdişlərlə əlaqələndirilməsinə xüsusi diqqət yetirilir. Buna görə həmin məşğələlərdə faktik dil materillarının təhlili üzrə işə geniş yer verilir, yazılı və şifahi çalışmalar aparılır.

   Dünya ədəbiyyatı (Türk və şərq  xalqları). Dünyanın ən qədim, mədəniyyət baxımından ən zəngin etnoslarından biri türklərdir. Beş minillik söz sərvətinin sahibi olan  türk xalqları tarixin  müəyyən mərhələsindən sonra özəl bədii söz sənətlərini inkişaf etdirməklə böyük nailiyyətlər qazanmışlar. Bu ədəbiyyat xəzinəsinə bələdlik hər bir türkün borcudur

İfadəli oxudan praktikum. Tələbə dinləməyi oxunun keyfiyyətini qiymətləndirməyi müxtəlif janrlarda olan əsərləri ifadəli oxumağı bacarmalıdır.

Uşaq ədəbiyyatı. Azərbaycan uşaq ədəbiyyatı ümumi Azərbaycan ədəbiyyatının tərkib hissəsidir.  Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının qarşısında yeni məqsəd və vəzifələr dayanır.Müstəqil Azərbaycan dövlətciliyinin qorunması və saxlanması üçün əxlaqi cəhətdən zəngin,əqidəcə möhkəm yeni nəsil yetişdirmək həmin məqsəd və vəzifələrdən biridir.Bu mənada uşaq ədəbiyyatı tədrisinin mühüm pedaqoji əhəmiyyəti vardır.Yeni nəsl torpaqlarımızı düşmən işğalından azad etmək, milli mənəvi demokratikləşdirilməsi prosessində fəal iştirak etmək ruhunda böyüməli və tərbiyə almalıdır.Müstəqil dövlətin kiçik vətəndaşları humanizmvə əməksevərlik, düzlük və doğruluq, cəmiyyətdə mövcud olan neqativ hallara qarşı mübarizə aparmaq kimi yüksək əxlaqi və mənəvi keyfiyyətləri uşaq ədəbiyyatının tədrisi prosessində qazana bilərlər.

Azərbaycan şifahi xalq ədəbiyyatı. Şifahi xalq ədəbiyyatı fənni 90 ilə yaxındır tədris olunur Hər bir xalqın tarixi onun folklorundan keçir. Folklorumuzun, adət – ənənələrimizin, bir sözlə soykökümüzün öyrənilməsi bu gün aktuallıq kəsb edir.

Dilçiliyə giriş. Tədris prosesində  ən zəruri məlumatlar – dilçilik elminin yaranması, Azərbaycanda inkişafı,  dilçiliyin sahə və şöbələri, əsas istiqamətləri,  eləcə də dünyada dilçilik məktəbləri, əsas dilçilik cərəyanları, dünya dillərinin təsnifi haqqında qısa məlumatlar verilir.

Ədəbiyyatşünaslığa giriş. “Ədəbiyyatşünaslığın əsasları” fənni bədii ədəbiyyatın mahiyyət və  məzmununun yaradıcılıq nümunələrini tarixi, nəzəri və müasir aspektdə tədqiq və təhlil edir, ona elmi – nəzəri qiymət verir.

Nitq mədəniyyəti. Fənn dilçilik fənləri sistemində yenidir. Məzmununu nitq mədəniyyəti və  üslubiyyatın Azərbaycan dili ilə vəhdətdə  öyrənilməsi təşkil edir. Əlavə olaraq nitq mədəniyyəti ilə  bağlı məsələlər – ritorika, natiqlik sənətinin sahələri, nitqin formaları və s. öyrənilir

Azərbaycan  dilində işgüzar və akademik kommunikasiya.  Proqramda ana dili üzrə  fənn kurrikulumunun strukturu, məzmunu, prinsipləri, təlim strategiyası, fəal təlimin nəzəri məsələləri, qiymətləndirmə müxanizmləri, mühazirə mövzularının məzmunu müəyyənləşdirilmiş və tələbələrə çatdırılacaq anlayışlar məntiqi ardıcıllıqla sistemləşdirilmişdir.