PEDAQOJİ FAKÜLTƏ DEKANLIĞI

 

Şahbazova Qahirə Lələ qızı

fakültə dekanı, baş müəllim

Qarayeva Növrəstə Rza qızı

tyutor

Mehralıyeva Dürdanə Zakir qızı

tyutor

Xanalıyeva Günay Əmir qızı

tyutor

Xəlilova Ləman Sərxan qızı

tyutor

Mustafayeva Ləman Əbdül qızı

tyutor

Abbasəliyeva Leyla Mirkərim qızı

tyutor

Yaqubova Nazilə Qahir qızı

tyutor

Ağayeva Aytən Seyran qızı

operator

Heydərova Dürdanə

operator

       Pedaqoji fakültə dekanlığı 10 noyabr 1997-ci il tarixli Azərbaycan Respublikasının “Ali təhsil müəssisəsinin fakültəsi” və “Ali təhsil müəssisəsinin Fakültə Elmi Şurası” haqqında əsasnaməsinə və müvafiq normativ hüquqi sənədlərə əsasən fəaliyyət göstərir.

          Pedaqoji fakültə dekanlığı aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir

  1. Şəxsiyyətə qarşılıqlı hörmət;
  2. Ədalətlilik;
  3. Şəffaflıq;
  4. Həmrəylik;
  5. Təhlükəsiz mühitin təmin olunması;
  6. Təhsilalanlar üçün bərabər imkanların və keyfiyyətli təhsilin təmini;
  7. Təhsilin keyfiyyətinin dövrün dəyişən tələblərinə uyğun yüksəldilməsi;
  8. Ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması;
  9. Sağlam rəqabət mühitinin təmin edilməsi;
  10. Maraqların toqquşmasının qarşısının alınması;
  11. Kreativ düşüncələrin formalaşdırılması;
  12. Elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi;
  13. Fikir müxtəlifliyi mühitinin təsvir edilməsi;
  14. Peşəkar davranış qaydalarının təsvir edilməsi;
  15. Tədris və elmi-tədqiqat fəaliyyətində etik normaların gözlənilməsi.

 

           PEDAQOJİ FAKÜLTƏ DEKANLIĞININ FƏALİYYƏTİ:

  1. Fakültədə tədris, tərbiyə və elmi işlərin aparılmasına, təhsil proqramlarının və tədris planlarının yerinə yetirilməsinə rəhbərlik edir və bunlar üçün cavabdehdir.
  2. Fakültə Elmi Şurasının işinə rəhbərlik edir.
  3. Tədris ili üçün dərs yüklərinin kafedralar üzrə bölgüsünə və təsdiq edilməsinə nəzarət edir;
  4. Fakültədə dərs və imtahan cədvəllərinin tərtibinə rəhbərlik edir və onların düzgün icrasını təmin edir;
  5. Müəllimlərin dərslərində müntəzəm iştirak etmək, açıq dərslərin təşkili, mühazirə mətnlərinin müzakirəsi, müəllimlərin bir-birinin dərslərində qarşılıqlı iştirakına nəzarətin gücləndirilməsini və hayata keçirilməsini təşkil edir;
  6. Fakültənin tərkibinə daxil olan kafedralar üzrə tədris olunan fənn proqramlarının, dərsliklərin və tədris-metodiki vəsaitlərin hazırlanmasına nəzarət edir.
  7. Fakültədə elmi seminarlar və konfranslar təşkil edir.
  8. Professor – müəllim heyəti və tələbələrin elmi-tədqiqat işlərinin təşkilinə metodik köməklik göstərir;
  9. Fakültənin istehsalatla əlaqəsini və ixtisas üzrə təcrübələrin həyata keçirilməsini təmin edir.
  10. ADPU və onun filialları ilə işgüzar əlaqələrin təşkilini və təcrübə mübadiləsini həyata keçirir;
  11. Fakültə tələbələrinin semestr imtahanlarının, dövlət imtahanlarının gedişinə nəzarət edir;
  12. Tələbələri semestrdən-semestrə və kursdan-kursa keçirtmək, eləcə də tələbələr sırasından xaric etmək, tələbələrin Buraxılış Yekun Dövlət Attestasiyasına, buraxılış işlərinin müdafiəsinə buraxılmaları üçün filial direktoruna təqdimatlar verir;
  13. Fakültədə tələbələrin və əməkdaşların elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır və hesabatların dinlənilməsini təşkil edir.
  14. Mövcud qaydalara uyğun olaraq tələbələrin təqaüd almaları üçün təkliflər verir;
  15. Fakültə tələbələrini öz səlahiyyətləri daxilində həvəsləndirir və ya inzibati tənbehlər görür;
  16. Fakültə Elmi Şurasının iclaslarının tələblərə uyğun keçirilməsini təşkil edir;
  17. Filial direktoruna və Elmi Şurasına fakültə ilə bağlı təkliflərlə müraciət edir.

       Filialda 7 (yeddi) ixtisas üzrə müəllim kadrlarının hazırlığı aparılır ki, həmin ixtisaslardan Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə (2020/2021-ci tədris ilindən etibarən Məktəbəqədər təhsil), Təhsildə Sosial-psixoloji xidmət ixtisasları 4 illik, Tarix və coğrafiya müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisasları isə 5 illikdir.

         Hazırda

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 119 tələbə,
  2. İbtidai sinif müəllimliyi ixtisası üzrə 155 tələbə,
  3. Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 40 tələbə,
  4. Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə 86 tələbə,
  5. Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 115 tələbə,
  6. Məktəbəqədər təhsil ixtisası üzrə 44 tələbə,
  7. Təhsildə Sosial-psixoloji xidmət ixtisası üzrə 25 tələbə təhsil alır.

         Ümumilikdə filialda 584 tələbə təhsil alır.

ADPU-nun Şamaxı filialında professor- müəllim heyəti cəmi 36 nəfərdən ibarətdir Onlardan 4 nəfəri dosent, 6 nəfəri fəlsəfə doktoru (b/m), 6 nəfəri baş müəllim, 20 nəfəri isə elmi dərəcəsi olmayan müəllimlərdir.

Riyaziyyat və kompüter elmləri kafedrasında 8 əməkdaş çalışır.
Onlardan bir nəfər dosent, bir nəfər fəlsəfə doktoru(b/m), 4 nəfər baş müəllim, 2 nəfər müəllim.

Sosial və pedaqoji elmlər kafedrasında cəmi 16 müəllim çalışır. Onlardan
2 nəfəri dosent, 4 nəfəri fəlsəfə doktoru, 2 nəfəri baş müəllim, 8 nəfəri elmi dərəcəsi olmayan müəllimdir.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında
12 müəllim çalışır. Onlardan 1 nəfər dosent, 1 nəfər fəlsəfə doktoru, 10 nəfəri isə elmi dərəcəsi olmayan müəllimdir.