ADPU-nun Şamaxı filialında sonuncu tədris ili tələbələrinə “CV hazırlanması” təlimi keçirilmişdir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin təlimçisi Teymur Alışanov tərəfindən keçirilən təlim zamanı iştiarakçılara effektiv CV hazırlama texnikaları, vakansiyaya uyğun CV hazırlanması, qrup işi və CV hazırlamaq üçün istifadə olunan saytlar haqqında ətraflı məlumat verildi.
ADPU-nun Şamaxı filialının İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbələrinin İnformatika və onun tədrisi metodikası dərsindən maraqlı görüntülər. Dərs zamanı fənn müəllimi, İnformasiya və kommunikasiya şöbəsinin müdiri Mətanət Rəhimova fəal təlim metodlarından istifadə edərək “İnformatikanın əsas anlayışlarının öyrədilməsi” mövzusunda maraqlı dərs təqdim etmişdir.
ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Konstitusiya Azərbaycan Dövlətinin əsas qanunudur” mövzusunda seminar keçirilmişdir. Tədbirdə kafedranın baş müəllimi Məmmədov Fəxrəddin “Azərbaycan Respublikasının Konstitusiya quruculuğu tarixindən” məruzəsində Konstutusiyada öz əksini tapan aşağıda qeyd olunan müddəalar haqqında ətraflı çıxış etdi: -Azərbaycan dövlətinin […]