Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.

Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi. Tarixi hadisədir ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, […]

Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intellektual oyun keçirildi.

ADPU-nun Şamaxı filialının Şəhriyar qəsəbə tam orta məktəbində pedaqoji təcrübədə olan tələbələrimizin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intellektual oyun keçirildi. İki mərhələdə, 6 komanda arasında təşkil olunmuş yarışda münsiflər heyətinin  qiymətləndirilməsinə əsasən  l yerə “Vl nömrəli” komanda layiq görüldü.

ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova təlimdə iştirak edib.

ADPU-nun Şamaxı filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova  “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində 9-11 yanvar tarixlərində Bakı şəhərində təlimçilər üçün keçiriliən  təlimdə (TOT) iştirak edib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq […]