ADPU-nun Şamaxı filialında sonuncu tədris ili tələbələrinə “CV hazırlanması” təlimi keçirilmişdir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin təlimçisi Teymur Alışanov tərəfindən keçirilən təlim zamanı iştiarakçılara effektiv CV hazırlama texnikaları, vakansiyaya uyğun CV hazırlanması, qrup işi və CV hazırlamaq üçün istifadə olunan saytlar haqqında ətraflı məlumat verildi.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Ədəbiyyat klubunun təşkilatçılığı ilə “Dalğalanan Qürurumuz” adlı tədbir keçirilib.
ADPU-nun Şamaxı filialının İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbələrinin İnformatika və onun tədrisi metodikası dərsindən maraqlı görüntülər. Dərs zamanı fənn müəllimi, İnformasiya və kommunikasiya şöbəsinin müdiri Mətanət Rəhimova fəal təlim metodlarından istifadə edərək “İnformatikanın əsas anlayışlarının öyrədilməsi” mövzusunda maraqlı dərs təqdim etmişdir.