ADPU-nun Şamaxı filialında nümunəvi dərslər təşkil olundu

May ayı ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında fəaliyyət göstərən kafedralar üzrə nümunəvi dərslər keçirildi. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və pedaqoji təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunan bu dərslər tədrisin metodik təminatına və müəllim-tələbə münasibətlərinin təkmilləşdirilməsinə xidmət etdi. Hər bir […]

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında tələbə elmi tədqiqat işlərinin ilkin müzakirəsi keçirilmişdir

23 aprel tarixində Dil- ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında TEC-in ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə kafedranın müəllimləri iştirak etmişlər. Tədris ili ərzində TEC xətti ilə kafedranın  10 müəllimi 25 tələbə ilə tədqiqat işləri üzərində işləmişlər. Bu tələbələrdən 13 nəfəri yekun konfransda iştirak etməyə haqq qazanmışlar.

ADPU-nun Şamaxı filialında “Ana  dilinin dövlət dili statusu müstəqilliyimizin rəmzidir mövzusunda  dəyirmi masa keçirildi.

ADPU-nun Şamaxı filialında “Konstitusiya və suverenlik ili”  və 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana  dilinin dövlət dili statusu müstəqilliyimizin rəmzidir mövzusunda  dəyirmi masa keçirildi. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə […]