Buraxılış ili tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirildi.

Fevralın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında buraxılış tədris ili tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirildi. Konfransda filialın rəhbərliyi, müəllim heyəti, Pedaqoji təcrübə rəhbəri və təcrübəyə gedəcək tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova tədbir iştirakçılarını salamlayaraq, pedaqoji təcrübənin başlanması münasibətilə tələbələri təbrik etdi. Bu müqəddəs, şərəfli, peşənin ilk addımlarında olan tələbələrə müvəffəqiyyətlər arzulayaraq onlara bu işdə  diqqətli və məsuliyyətli olmağı tövsiyə etdi.

Daha sonra çıxış üçün söz filialın Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədova verilib. O, buraxılış ili tələbələrinə uğurlar arzulayaraq pedaqoji təcrübənin keçiriləcəyi təhsil müəssisələri və oradakı qayda-qanunlar haqqında onları məlumatlandırdı.

Sonra çıxış edən pedaqoji fakültənin dekanı Qahirə Şahbazova təcrübəyə gedəcək tələbələri təhsil müəssisələri üzrə bölgü ilə tanış etdi.  O, pedaqoji təcrübənin mahiyyəti, görüləcək işlər və tələbələrin vəzifələri haqqında məlumat verdi.

Sonda təcrübə keçəcək tələbələri maraqlandıran suallar cavablandırıldı.

Konfrans başa çatdıqdan sonra tələbələr pedaqoji təcrübə müəllimləri ilə birlikdə təhsil müəssisələrinə yollandılar.

Paylaşın: