Azərbaycanın xarici siyasəti: uğurlar və perspektivlər
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu gün respublikamız etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi beynəlxalq aləmdə öz müsbət imici ilə seçilmişdir.
Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayan bir dövlətdir. Həmişə Azərbaycanin iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldərək, etibarlı tərəfdaş olduğunu sübut etmişdir.
Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində də əməkdaşlıqda özünü təsdiq etmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirmişdir. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabər hüquqlu tərəfdaş kimi qəbul edilmişdir.
Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirmişdir.
Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunaraq onun ətraflı izahını vermişdir. Bu, çox açıq və prinsipial siyasətdir.
Cənab prezident Azərbaycanın xarici siyasətində heç bir gizli məqamın olmadığını xüsusilə vurğulamışdır. O, qeyd edir ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulur.
Cənab prezidentin xarici siyasət kursuna əsaslanan Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır.
Azərbaycan başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalaraq müxtəlif səsvermələr zamanı ədalətli qərarları ilə seçilmışdir.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gərgin əməyi və zəhməti nəticəsində ölkəmiz beynəlxalq aləmdə formalaşan imicini qoruyub saxlaya bilmiş və yüksək səviyyəyə çatdırmışdır. Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir.
Artıq dövlətimiz möhkəmlənərək Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilmişdir.
Azərbaycanın 1990–cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılmışdır.
Prezidentimizin səyi nətcəsində Azərbaycan dünya, Avropa və qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişdir.
Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xarici ölkələrə də ixrac edir.
Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik məsələləri ilə bağlı strateji baxışının, yanaşmasının olmasını bütün dünya siyasətçiləri qeyd –şərtsiz qəbul edirlər.
Artıq bütün dünya Azərbaycanın uğurlu siyasətinin müvəffəqiyyətinin müəllifinin cənab İlham Əliyev olduğunu təsdiq edir. Bütün Azərbaycan vətəndaşları inanır ki, yaxın zamanda dövlətimiz yeni nailiyyətlərə imza atacaq. İnanırıq ki, ölkəmiz cənab prezidentimizin rəhbərliyi ilə dünyanın qabaqcıl lider dövlətlərindən biri kimi irəliləyəcək.
Təbiidir ki, bu ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyevin zəhmətinin nəticəsidir.
ADPU-nun Şamaxı Filialı
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Baxşiyeva Sevinc.