Yanvarın 26-da Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində yanvarın 26-da Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
200-dən çox iştirakçının, o cümlədən ADPU-nun Şamaxı filialının əməkdaşlarının onlayn olaraq qatıldığı konfransın məqsədi genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəb müəllimlərinin, müvafiq sahədə ekspertlərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaq, genderyönümlü pedaqogika üzrə məzmunun pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin və orta məktəblərin ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etməkdir.
Sonda konfransda iştirak edən hər kəsə sertifikat təqdim olundu.