Dil-ədəbiyyat  və onların  tədrisi texnologiyası  kafedrasının  müəllimi Baxşiyeva Sevinc.

 Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir.

Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə – neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.

Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir. Ölkəmiz nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan  enerjiyə sərmayə  yatıranlar üçün də  cəlbedicidir.

“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində  strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk  Günəş enerjisi  stansiyasının açılışı oldu. Perspektivdə  10 qiqavata  və 2030-cu ilədək  5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və  anlaşma memorandumları  icra olunacaqdır.

Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə  ənənəvi enerjidən əldə etdiyi  gəlirləri  hazırda  bərpaolunan enerjiyə  yönəldir. COP29 –a ev sahibliyi edəcək ölkə kimi  yaşıl enerjiyə keçid prosesində  öndə gedənlərdən olmaq bizim üzərimizə düşən  öhdəlikdir.

Azərbaycanın böyük tərəfdaşları var. “Masdar”  ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin  ASWA  POWER”  və  BP  sərmayədarlarımız  sırasındadır. Azərbaycan ilə işləməyi  planlaşdıran digər ölkələrin  bir çox şirkətləri  var.

Milli enerji  şəbəkəmizi gücləndirməliyik. Sərmayədarların verdiyi  mümkün qədər çox enerjini  qəbul etmək iqtidarında olmalıyıq.

Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər  bərpaolunan enerji lazım deyl  və  bu  səbəbdən hədəfimiz ixracdır.

Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri  biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə  olduqca  düşünülmüş  yanaşma  tətbiq edilməlidir ki,  elektrik enerjisi  maksimum  istehsal  olunsun  və  təbii  qaza  qənaət edilsin ki, o, əsasən indi  Avropaya lazım olan qaydada  nəql  olunsun.

 

 

Paylaşın: