AZƏRBAYCAN RƏSMİ İRƏVANIN İŞĞALÇILIQ SİYASƏTİNƏ VƏ TERRORİZMƏ QARŞI QƏLƏBƏ QAZANMIŞDIR!
Cənab Prezident İlham Əliyevin 2021-ci il 13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı Azərbaycanın haqqlı mübarizəsini və qələbəsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Çıxışda da vurğulandığı kimi, Böyük Ermənistan iddiasında olan mənfur ermənilər nəinki, münaqişənin bitməsini, regionda sülhün hökm sürməsini, inkişaf etməsini, insanların rifah halında yaşamasını heç vaxt istəməyiblər. Xaincəsinə işğal etdikləri torpalarımızı geri verməmək üçün hər cür siyasi oyunlara, hiyləgərliyə əl atıblar. Azad olunmuş ərazilərimizə baxdıqda aydın olur ki, ermənilər orada külli miqdarda pul xərcləyərək nəhəng istehkamlar, yeraltı və yerüstü silah anbarları, hərbi sığınacaqlar, müdafiə xətləri tikməklə torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq və Ermənistana birləşdirmək niyyətində olublar.
Zaman-zaman türkün qanına susamış ata-babalarının yolu ilə gedən ermənilər Azərbaycanda yaranmış siyasi qarışıqlıqdan istifadə edərək yenə də insanlığa sığmayan müharibə cinayətləri törətdilər. Ermənistanın Birinci Qarabağ müharibəsində törətdikləri cinayəti lazımınca cəmiyyətə çatdırmaq mümkün olmayıb. O vaxt informasiya mühiti fərqli idi. Onların törətdikləri cinayətlər, çoxlu sayda faktlar sənədləşdirilməyib və ya əldə olan faktiki sənədlər beynəlxalq ictimaiyyətə çatdirilmayıb. Ermənilərin cinayətlərinin çoxu gizli qalıb və cəza almayıblar. Birinci Qarabağ müharibəsində törətdikləri cinayətləri gizlədə bilsələr də İkinci Qarabağ müharibəsində törətdikləri cinayətləri gizlədə bilmədilər. Ikinci Qarabağ müharibəsində çoxlu sayda insan və silah-sürsat itkisi verərək geri çəkilən Ermənistan dinc əhalini hədəf aldı. Ermənilər bütün dünyaya öz iç üzlərini, öz barbarlıqlarını göstərdilər. Gəncə şəhərinə atılan ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Raketlərin atılması heç də təsadüfi deyildi. Onlar bunu planlı şəkildə həyata keçirdilər. Bu gecə vaxtı, döyüş ərazisindən uzaqda, yatdıqları yerdə hədəflənmiş hücum idi və bir dəfə deyil bir neçə dəfə baş verdi.
Birinci Qarabağ müharibəsi zamanı ermənilər günahsız, silahsız, mülk insanları-qoca, uşaq, qadın, nəzərə almadan yandırdılar, işgəncə verdilər, amansızlıqla öldürdülər.
Füsunkar təbiətə məxsus gözəl Qarabağımızı, şəhərlərimizi, kəndlərimizi viran qoydular.
İkinci Qarabağ müharibəsi zamanı ermənilər yenə də öz simalarını beynəlxalq ictimaiyyətə göstərdilər. Heç bir hərbi obyektlə əlaqəsi olmayan, dinc əhalinin yaşadığı məkanları hədəf alır, ballistik raketlərlə bombalayır, hər gün aramsız artilleriya atəşinə tutdular.Təkcə Tərtərə 16 min bomba atılıb, şəhər ardi-arası kəsilmədən artilleriya silahlarından atəşə məruz qalıb. Naftalan da bombalanıb. Bombalama nəticəsində bir ailənin 5 üzvi həyatını itirib. Bərdə şəhərinin mərkəzinin bombalanması zamanı neçə-neçə mülki şəxs həyatını itirdi. Onlarla günahsız insanın həyatlarını itirdikləri o cinayətləri Ermənistan rəsmiləri utanmadan özünümüdafiə donu geyindirərək tədim etdilər.
Dinc əhalini hədəf alan rəsmi İrəvan unutdu ki, onun qarşısında pərakəndə, silahsız, təlimsiz ordu deyil əsil ordu var.
Ermənistan öz xalqını aldadaraq onun ordusunun güclü, məglubedilməz olduğunu bildirirdi. 44 günlük müharibə göstərdi ki, bu mif imiş və bu həqiqət erməniləri sarsıtdı, darmadağın etdi.
Otuz ildir ki, torpaqlarımız düşmən işğalı altında idi. Münaqişə başlayandan bu günə qədər xalqın başına hansı müsibətlərin gəldiyini biz ancaq o günlərin şahidlərindən, ailə üzvlərini ,qohumlarını itirənlərin xatirələrindən dinləyirik.
Bu müsibətlər xalqın qan yaddaşına çevrilmişdir və heç bir zaman yaddaşlardan silinməyəcək.
Bütün bunlar azmış kimi tariximiz də bizə saxtalaşdırılaraq,təhrif olunaraq təqdim olunub. Məqsəd tariximizi silmək, faktları dəyişdirərək əsil düşmənimizi bizə qəhrəman kimi göstərmək olmuşdur.Təəssüf ki,bu yalanlar illərlə davam etmişdir. Ancaq, yalan ayaq tutar, yeriməz.
Artıq gənc nəsil Şaumyan və onun kimilərin qəhrəman deyil ,cinayətkar olduğunu bilməlidirlər.
Tarixən Azərbaycanın ərazisi olan Zəngəzurun 1920-ci ildə, düz 101 il bundan əvvəl Ermənistana verildiyini, oradakı şəhər, kənd, hətta Göyçə gölünün adlarınin dəyişdirildiyi gənc nəsilə bildirilməlidir. XX əsrin xəritəsini təqdim etməklə bu faktı təsdiq etmək o qədər də çətin deyildir.
Keçən otuz ildə həm dövlətin, həm xalqın bir amalı, bir məqsədi torpalarımızı mənfur düşmənlərdən təmizləmək, azad etmək olub. Bütün beynəlxalq, rəsmi, qeyri-rəsmi tədbirlərin gündəliyində Qarabağ mövzusu hər zaman öz aktuallığında qalıb. Öz gücünə, ordusuna, dostlarına güvənən Ermənistan elə bilirdi ki, 1992-ci ildəki döyüşləri aparacaqdır. Lakn Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir.
Bu illər ərzində dövlət rəhbərimizin apardığı uğurlu xarici siyasət nəticəsində bizim də haqq səsimiz dünya ictimaiyyətinə çatdırıldı. Dünya ölkələri sırasından bizim də dostlarımız, tərəfdaşlarımız ədalətli mövqedən çıxış edərək dövlətimizin, xalqımızın yanında oldular. Çox yaxın tərəfdaş kmi İtaliya ilə biz strateji tərəfdaşlıq haqqında ikinci sənədi imzaladıq. Bu gün də tərəfdaşlığımız ən yüksək səviyyədə davam edir.
Azərbaycan qonşu ölkələrlə də bir çox sahələrdə sıx əməkdaşlıq edir. Buraya Türkiyə-İran, Gürcüstan-Türkyə, Ruiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Azərbaycanın Qoşulmama hərəkatında götürdüyü öhdəliklər də böyük uğurdur. Təbii ki, inkişaf üçün həm daxildə, həm də sərhədlər boyu sabitlik vacib şərtdir. Bizim əsas məqsədimiz sabitliyi qoruyub saxlamaqdır.
Əlbəttə ki, regionun inkişafı ilə bağlı tək bizim cəhdlərimiz yetərli deyil. Belə ki, bu inkişafa nail olmaq üçün qonşularımızla sıx əmədaşlıq etməli, müzakirələr aparmalıyıq. Əməkdaşlıq hər sahədə nəqliyyat, logistika, enerji, ticarət, elm, mədəniyyət və s. ilə bağlı layihələrin həyata keçirilməsi ilə özünü göstərməlidir. Bu istiqamətdə Azərbaycan bir çox uğurlu layihələrə imza atmışdır. Hal-hazırda Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Xəzəryanı qonşularla yükək səviyyədə əməkdaşlıq edən ölkəmiz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal iştirak edir.
Cənab Prezident xüsusi olaraq vurğulayır ki, beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürən Azərbaycan öz vəzifəsini layiqincə yerinə yetirir. Ancaq bu təşkilatlar da fəal mövqe tutmalıdırlar. Münaqişəni öz gücünə həll edən Azərbaycanın ATƏT-in Minsk qrupunun regionda dinc həyatın hökm sürməsi üçün fəaliyyət göstərəcəyinə ümid edir. Bizim heç bir ərazi iddiamız yodur.Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa,niyə də İrəvana getməyək.
Regionda sülhün, əmin-amanlığın bərpası azərbaycanlılar və ermənilərdən asılıdır. Nəhayət aldadılmış erməni xalqı başa düşməlidir ki, səhv yoldadır. Hazırda Ermənistanda vəziyyət olduqca qarışıqdır və Azərbaycana qarşı aqressiv münasibət davam edir.
Qələbə qazanmağımız ölkə qarşısında yeni vəzifələr qoydu. Qarabağla bağlı yenidənqurma layihələrinın həyata keçirilməsi işlərinə başlanıldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ dirçəldilməli, yenidən qurulmalıdır.
Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe göstərməklə hər haqqın,ədalətin,beynəlxalq hüququn tərəfdarı olub.
Azərbaycanda bir çox millətlər yaşayır. Bu ölkədə yaşayan bütün millətlərin, etnik qrupların nümayəndələri öz doğma Vətəni – Azərbaycan uğrunda canlarını qurban verdilər. Biz İkinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Münaqişədə ən cox əziyyət çəkən tərəf biz olsaq da ölkəmiz hər zaman konstruktiv mövqe nümayiş etdirib. Hər zaman münaqişənin sülh yolu ilə, masa arxasında həllinin tərəfdarı olub.
Bu gün rəsmi İrəvan qarışıq açıqlamalar verərək törətdiyi cinayətlərdən boyun qaçırmağa çalışır. Haqlı olaraq Azərbaycan ”İsgəndər-M” raketi ilə bağlı açıqlama tələb edir. Bu məələ ilə bağlı Rusiya ilə də müzakirələr olub. Biz hələ də cavab gözləyirik.
Azərbaycan hər zaman olduğu kimi bu gün də məsuliyyətli davranaraq hərbi cinayətlərə əl atmadan, ədalətli müharibə apardı. XXI əsrin müharibəsini aparmaqla yanaşı, həm də mənəviyyat müharibəsi, Vətən müharibəsi apardı və bütün dünyaya göstərdi ki, QARABAĞ AZƏRBAYCANDIR!
Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Ruqiyyə Babaşova.