Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər planına əsasən “Azərbaycan multikulturalizmin banisi-Ümummilli Lider Heydər Əliyev” mövzusunda maarifləndirici mühazirə keçirildi.
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi məqsədilə keçirilən mühazirəni filialın Tədris işlər üzrə direktor müavini f.ü.f.d Şasəddin Mikayılov aparırdı. O qeyd edib ki, hər bir xalqın mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bu günədək məhz zəngin milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu və özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycanda əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini, multikultural dəyərləri, tolerantlığı, insan hüquqlarının aliliyini özündə ehtiva edən son dərəcə mütərəqqi milli-ideoloji konsepsiyanın konturlarını müəyyənləşdirərək ölkədə multikulturalizm fenomeninin formalaşmasına nail oldu. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür… Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib” – deyən Ulu öndər həmişə öz çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyini və tolerantlığa böyük əhəmiyyət verməsini xalqımızın böyük sərvəti hesab etmişdir:
Mühazirə sual-cavab və müzakirələrlə başa çatdırıldı.
Tüm ifadeler:
26