Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı fililalının tanıtımı məqsədilə Qobustan rayonunda yerləşən məktəblərdə görüş keçirildi. Görüşdə filialın Pedaqoji fakültə dekanı Qahirə Şahbazova, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Mətanət Rəhimova, Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov və Tələbə Gənclər Təşkilatının sədri Ələskər Nurulu, Qobustan rayonunun ümumtəhsil məktəblərinin direktor, müəllim və şagirdləri iştirak edirdi.
Çıxışlarda ADPU-nun Şamaxı filialında həyata keçirilən yüksək səviyyəli tədris prosesi , mövcud maddi-texniki bazası, inkişaf dinamikası, ixtisas və keçid balları, maraqlı tələbə həyatı barədə ətraflı məlumat verildi. Sonda filial haqqında videoçarx və təqdimat nümayiş olundu və görüş diskussiya formasında davam etdi.