Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tanıtımı məqsədilə Agdaş və Göyçay rayonlarında görüş keçirildi. Görüşdə filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Şasəddin Mikayılov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü f.d. Eyvaz Eminalıyev və Tələbə Gənclər Təşkilatının sədri Ələskər Nurulu, Ağdaş və Göyçay rayonlarının ümumtəhsil məktəblərinin direktor, müəllim və şagirdləri iştirak edirdilər.
Çıxışlarda ADPU-nun Şamaxı filialında həyata keçirilən yüksək səviyyəli tədris prosesi, mövcud maddi-texniki bazası, inkişaf dinamikası, ixtisas və keçid balları, maraqlı tələbə həyatı barədə geniş məlumat verildi. Filial haqqında videoçarx və təqdimatların nümayişi maraqla qarşılandı. Gorüş diskusiya şəraitində davam etdi.

Paylaşın: