Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında buraxılış tədris ili tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və buraxılış ili tələbələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq tədbir iştirakçılarını salamlayıb və pedaqoji təcrübənin başlanması münasibətilə tələbələri təbrik edib. Bu müqəddəs, şərəfli, peşənin ilk addımlarında olan tələbələrə müvəffəqiyyətlər arzulayaraq onlara bu işdə diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.
Daha sonra çıxış üçün söz filialın Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədova verilib. O, buraxılış ili tələbələrinə uğurlar arzulayaraq pedaqoji təcrübənin keçiriləcəyi təhsil müəssisələri və oradakı qayda-qanunlar haqqında onları məlumatlandırıb.
Ardınca çıxış edən pedaqoji fakültənin dekanı Qahirə Şahbazova təcrübəyə gedəcək tələbələri təhsil müəssisələri üzrə bölgü ilə tanış edib. O, pedaqoji təcrübənin mahiyyəti, görüləcək işlər və tələbələrin vəzifələri haqqında məlumat verdi.
Sonra pedaqoji təcrübə və məzunlarla iş üzrə rəhbər Zərifə Həmidova təcrübədə məktəblərə təhkim olunmuş pedaqoq psixoloq və metodistlərin siyahısını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda təcrübə keçəcək tələbələri maraqlandıran suallar cavablandırılıb.