Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar 05 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Şamaxı şəhər M.Hadi adına 9 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında bilik yarışması keçirilmişdir. Bilik yarışında verilən suallar Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, incəsənət sahələri, II Qarabağ müharibəsi və Milli Qəhrəmanlar, H.Əliyevin həyat və fəaliyyəti mövzularını əhatə etmişdir. Yarışda qalib komandalar diplomlarla təltif edilmişdirlər.