Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının dinamik inkişafı kəmiyyət və keyfiyyət göstəricilərində özünü göstərir. Filial davamlı inkişaf edir, yüksək səviyyəli maddi-texniki baza və peşəkar professor-müəlim heyəti ilə pedaqoji kadr hazırlığı aparılır. Eyni zamanda 2023/2024-cü tədris ilində filialda yeni ixtisas (Tarix müəllimliyi) və yeni kafedranın (Pedaqogika və psixologiya) yaradılması da bu inkişafın bariz göstəricisidir.
ADPU-nun 22 sentyabr 2023-cü il Elmi Şurasının qərarına əsasən filialda yaradılan Pedaqogika və psixologiya kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Məlik Məlikovdur.