- Posted on
- Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XVII yekun elmi-praktik konfransı keçirildi.
Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olundu və önünə gül dəstələri qoyuldu.
Filialın direktoru dosent Tünzalə Yusifova, Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Mehriban Eyubova, Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı , Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, müəllimlər və tələbələrin iştirakı ilə konfransın plenar iclası keçirildi.
Plenar iclası giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. O qeyd etdi ki, Bu ilki konfrans Ümummilli Lider Heydər Əliyeyin anadan olmasının 100 illiyinə həsr olunduğu üçün xüsusi önəm daşıyır. Heydər Əliyev gənclərin elmi işlərə yönəlməsinə xüsusi diqqət verir və onların təhsili ilə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Hazırda Cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin elmə, təhsilə göstərdiyi qayğı Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, tələbələrin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə hər il filialın Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilir və tələbələr hər zaman aktual mövzular ətrafında sistemli tədqiqat işləri aparırlar.
Tədris və elmi işlər üzrə direktor müavini f.üf.d Şasəddin Mikayılov çıxış edərək görülən elmi tədqiqat işləri ilə bağlı ətraflı məlumat verdi. O qeyd etdi ki, tələbələr öz elmi işlərində internet resurslarından əlavə filialın zəngin kitabxanasındakı materilallardan da istifadə etmiş, sistemli araşdırmalar aparmışlar.
Daha sonra TEC-in sədri Aytən Teymurova 2022-2023-cü tədris ilində TEC-in fəaliyyəti haqqında hesabat xarakterli çıxış etdi.
Ardınca filialın Sosial və pedaqoji elmlər, Riyaziyyat və kompüter elmləri, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedralarının tələbələrinin elmi tədqiqat işləri təqdim olundu.
Sonda Şamaxı RİH-in başçısının müavini Mehriban Eyubova burada olmaqdan məmnunluq hissi keçirdiyini qeyd etdi və maraqlı çıxışlara görə tələbələrə təşəkkür etdi və onlara gələcək işlərində uğurlar arzuladı.
Plenar iclasdan sonra konfrans işini dörd bölmədə davam etdirib. Elmi rəhbərlərin iştirakı ilə tələbələrin tədqiqat işləri təqdim olundu və geniş müzakirə olundu. Təqdim olunan işlərin əksəriyyəti aktuallağı və spesifikliyi ilə seçilirdi. Konfransın yekununda bölmələr üzrə hesabat iclasları keçirildi və ən maraqlı tezislər qiymətləndirildi.