• Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında qış imtahan sessiyası başa çatıb.​
    Sessiya dekabrın 29-dan fevralın 1-dək davam edib.
    Sessiya zamanı üzrlü və ya üzrsüz səbəblərdən imtahanda iştirak etməyən​ tələbələrə həmin fənlərdən imtahan vermək üçün fevral ayının 3-dən 7-dək şərait yaradılıb.
    Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində​ şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə və təkliflərin araşdırılmasını təmin edib.
Paylaşın: