Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında institusional akkreditasiya ilə bağlı təlim keçirilib.
ADPU-nun Şamaxı filialı və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında imzalanmış müqaviləyə əsasən akkreditasiyaya hazırlıq və universitetin özünütəhlil hesabatının hazırlanmasına dəstək məqsədi ilə 7-9 fevral tarixlərində TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən özünütəhlil hesabatlarının hazırlanması zamanı istifadə olunan əsas meyarlarla iş və qiymətləndirmə prosesi haqqında təlim keçirilib. Təlimçi geniş şəkildə təqdimatla çıxış edib və proseslə bağlı sualları ətraflı cavablandırıb.

Paylaşın: