Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Heydər Əliyev ili çərçivəsində 26 İyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki,
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında güclü ordu böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bunun nəticəsidir ki, ordumuz 44 günlük müharibə ərzində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı azad etmişlər.
Ardınca Sosial və pedaqoji elmlər
kafedrasının müdiri dosent Mayıl Alıcanov “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda geniş məruzə ilə çıxış etdi.
Çıxışlardan sonra filialın tələbələrinin ifasında Azərbaycan ordusuna aid şeirlər səsləndirildi.
Paylaşın: