Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində 28 May Milli Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirildi.
Tədbirdə ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, ŞDRK-nin ditektoru İlham Vəliyev, müəllimlər və tələbələr iştirak edirdi.
Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, “Heydər Əliyev” ili çərçivəsində hər yerdə olduğu kimi filialımızda da tədbirlər planı təstiqlənib və silsilə tədbirlər keçirilir. Bu tədbirləri keçirməyin əsas məqsədi Azərbaycanın ədəbi müstəqilliyinin banisi Ulu Öndər Heydər Əliyev irsinin gənc nəslə təbliği və  dərindən öyrədilməsidir. Məhz Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, xalqımız bu gün müstəqil yaşayır və inkişaf edir. Ulu Öndər Heydər Əliyevin ideyalarını bu gün Cənab Prezident İlham Əliyev uğurla davam etdirir.
Daha sonra ŞDRK-in direktoru İlham Vəliyev çıxış edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi.
Çıxışların ardınca filialın və kollecin tələbələrinin ifasında rəqslər nümayiş olundu, şeirlər və ifalar səsləndirildi.

Paylaşın: