Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) buraxılış ili tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir. Şamaxı şəhərinin müxtəlif təhsil müəssisələrində pedaqoji təcrübədə olan tələbələrimiz təhsil illərində əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri aparır, müxtəlif tədbirlər təşkil edir və təlim-tədris prosesi ilə bağlı məsələləri həvəslə öyrənirlər.
ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova filialın orta məktəblərdə pedaqoji təcrübədə olan tələbələri ilə görüşüb. O, pedaqoji təcrübədə olan tələbələrin dərslərdə davamiyyəti, nizam-intizamı ilə maraqlanıb və şərəfli müəllimlik peşəsinin ilk addımlığında olan tələbələrə uğurlar arzulayıb, işlərində məsuliyyətli olmağı tövsiyə edib.
Tünzalə Yusifova daha sonra Şamaxı şəhər Elşən Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təcrübədə olan filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının buraxılış ili tələbəsi Ələskər Nurulunun 5-ci sinif şagirdlərinə keçdiyi “Uzunluq vahidləri üzərində qarşılıqlı çevirmələr” mövzusunda dərsində iştirak edib. Fənn müəlliminin də iştirakı ilə keçirilən dərs təhlil olunub və müvəffəq qiymətləndirilib.