Azərbaycan Dövlət Pedaqoji Universiteti qadın əməkdaşlarını təbrik etdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə ali təhsil müəssisəsinin struktur bölmələrinin rəhbərliyində yer alan qadın əməkdaşları ilə görüş keçirildi. Görüşdə universitetin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova da iştirak edirdi.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri dosent Vaqif Əliyev Universitetdə bu mərasimin artıq ənənə halını aldığını və   Universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin personalın böyük hissəsini təşkil edən qadın əməkdaşlarımızı daim diqqətdə saxladığını bildirdi.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qadın əməkdaşları əlamətdar bayram münasibətilə təbrik edərək bildirib ki, bu gün qadınlarımız cəmiyyət həyatının bütün sahələrində, xüsusilə təhsil sahəsində önəmli yer tutur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər.

Ən əsası isə məhz qadınlarımızın yetişdirdiyi igidlər şanlı Vətən müharibəsində bizə böyük zəfər sevincini yaşadılar.

Bunlar arasında vətənpərvər və savadlı gəncliyin tərbiyəsində müstəsna rolu olan ADPU-nun qadın əməkdaşlarının da özünəməxsus yeri var. O cümlədən, Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova da ADPU nəzdində Pedaqoji Kollecin məzunudur.

Daha sonra Universitet Həmkarlar İttifaqı Komitəsi tərəfindən qadın əməkdaşlara hədiyyələr təqdim olundu.

Paylaşın: