ADPU-nun Şamaxı filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının hazırladığı, 12.03.2021-ci il tarixdə keçirilən “Azərbaycan ədəbiyyatında roman janrının inkişafı tarixindən” mövzusunda elmi seminar haqqında məlumat
12 mart 2021-ci il tarixdə, saat 1130-da Heydər Əliyev lektoriyasında “Azərbaycan ədəbiyyatında roman janrının inkişafı tarixindən” mövzusunda elmi seminar keçirildi. Seminarda kafedranın, eləcə də filialın professor-müəllim heyəti, tələbələr iştirak edirdi. Elmi seminarı giriş sözü ilə filialın direktoru dos. T.V.Yusifova açaraq, mövzunun aktuallığını xüsusi olaraq vurğuladı. Müşahidələr təsdiqləyir ki, tələbələrin belə seminaralara ciddi ehtiyacı vardır. Daha sonra kafedranın müdiri f.ü.f.d.E.M.Eminalıyev “Azərbaycan ədəbiyyatında roman janrının inkişafı tarixindən” mövzusunda maraqlı çıxış etdi. Sonda tələbələrin sualları cavablandırıldı.
Kafedra müdiri: f.ü.f.d.E.M.Eminalıyev